Möcüzə yaradan “dəmir balıq”

Kanadalı alim qanazlığının həll yolunu tapdı
Qan dərmanlarının tapılmadığı və qanazlığı xəstəliklərinin yüksək olduğu Kamboçyada, Kanadalı bir alim problemə həll olaraq "dəmir balıq” müalicəsini tətbiq etdirdi.
Kanadalı elm insanı Christopher Charles, Kamboçyanı ziyarət edərkən ölkədə qanazlığının böyük bir problem olduğunu fərq etdi. Ölkədəki qadınların işləyə bilmədiyini, davamlı baş ağrısı və yorğunluq yaşadıqlarını müşahidə edən həkim, qan dərmanlarının tapılmadığı ölkədə praktik bir həll yolu tapdı. Qadınların və uşaqların 50 faizinin qanazlığı yaşadığı ölkədə, problemi həll etməyə çalışan Charles, dəmir qazanlarda hazırlanan yeməklərin dəmir miqdarını artırmasını əsas götürərək "dəmir balıq” müalicəsini təklif etdi. Kamboçyada şans gətirdiyinə inanan balıq simvolunu istifadə edən Charles, dəmirdən balıq hazırlamağa başladı. Bu balıqların suda ən az 10 dəqiqə qaynadılmasıyla yeməklərdəki dəmirin miqdarı artırılarkən, müalicənin istifadə edildiyi kəndlərdə qansızlığın yarıba- yarıya azaldığı görüldü. Charles, dəmir balıqların nizamlı istifadə edilməsi halında bir yetkinin dəmir ehtiyacının 75 faizininn qarşılandığını bildirir. Həkimlər mədəni olaraq qəbul edilən və xərcsiz bir həll olduğu üçün dəmir balığın yayıldığını söyləyərkən, 2 min 500 qədər ailənin bu müalicədən istifadə etməyə başlandığını, xəstəxanalara və vətəndaş cəmiyyət quruluşlarına 9 min qədər balıq paylanıldığını ifadə edir.