"Moskva İrəvana elə bir zərbə hazırlayır ki..." - Sabiq nazir
19:26 31.12.2018
Arxiv
699
Rusiya açıq-aşkar Ermənistana təzyiq göstərir.
"Sherg.az" bildirir ki, bu sözləri Axar.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir bildirib ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətində güzəştə getməməsi Paşinyana yaxşı bir dərsdir:
"Rusiyanın vaxtilə forpostuna verdiyi imtiyazlar artıq tarixə qovuşur. Bu günə qədər Ermənistanın işğalçı siysətinin arxasındakı əsas potensial məhz Rusiyanın dəstəyi idi. Rusiyanın dəstəyi ilə anneksiya siyasəti həyata keçirən işğalçı indi bundan da məmrum olmaq üzrədir. Görünən odur ki, Rusiya bu dəstəyini də geri çəkmək niyyətindədir. Kremlin Ermənistan üzərindən dəstəyini birdəfəlik çəkməyə hazırlaşmasının səbəbi heç də Paşinyanın qərbyönümlü siyasəti deyil. Ümumiyyətlə, Rusiya üçün Ermənistanın artıq heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan da Moskva çox sadə bir məntiq yürüdərək İrəvana satılan qazın qiymətində güzəştə getmir".
T.Zülfüqarov Paşinyanın manevr imkanlarının daraldığını bildirib:
"Qarabağ klanı Rusiyanın mövqeyini dəstəkləyir. Ona görə də onlara qarşı sərt münasibət Rusiyada Moskvanın mövqeyinə qarşı addım kimi qəbul olunur. Bu baxımdan da Paşinyanın ruspərəst siyasət həyata keçirməsi üçün çərçivələr olduqca dardır".
Sabiq nazirin fikrincə, Ermənistan qərbpərəst siyasət yürütməyə məcburdur:
"Çünki onlar başa düşürlər ki, Rusiyadan yeni bir şey almaq mümkün deyil. Digər tərəfdən, Rusiya da öz forpostuna investisiya qoymaq istəmir. Ermənistan bu illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaya-saxlaya inkişafdan məhrum olub. Ermənistan iqtisadi və sosial vəziyyəti sovet dönəmindən bu yana dəyişməyib. İkincisi, Ermənistanda depopulyasiya siyasəti də çox güclüdür. Təsəvvür edin, Ermənistanın əhalisinin sayı iki dəfə azalıb. Ermənistanda sonuncu parlament seçkilərində seçici fəallığının iki dəfə az olması da bunu birmənalı təsdiq edir. Buna görə də Ermənistan yalnız Qərbin himayəsinə və investisiyasına ümid edir. Açığı, İrəvan bu siyasəti aparmağa məcburdur. Paşinyan gec də olsa da, anladı ki, iki stulda oturmaq mümkün deyil. Onun Rusiyaya səfərinin uğursuzluğu da buna sübutdur. Mosva İrəvana hələ çox xəyal qırıqlığı yaşadacaq".
T.Zülfüqarovun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı köhnə radikal mövqeyi Moskva üçün qəbuledilməzdir:
"Bu bir növ İrəvana açıq siqnaldır ki, gedin başınızın çarəsinə baxın. Yəni Moskva Paşinyana əməlli-başlı yerini göstərib".
Sabiq nazir qeyd edib ki, təkcə Rusiya deyil, eyni zamanda, Türkiyə də Ermənistana yerini göstərib:
"Ermənistan hazırda təklənmiş vəziyətdədir, çünki Azərbaycanın digər dostları və müttəfiqləri də İrəvandan uzaq dururlar. Özünü arxayın hesab edən və mitinqlərdə təcrübə yığan Paşinyan vədlərini asan yollarla həyata keçirəcəyini düşünürdü, ancaq o yanıldı. Hesab edirəm ki, Rusiyanın qoyduğu ciddi şərtlərdən Paşinyan bir dərs çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks