Moskva-Kiyev gərginliyi uzun müddət davam edəcək
08:07 01.12.2018
Arxiv
562
Çünki ortada Krım və Dombas amili var ki, ukraynalılar ərazi itkilərinə kəskin yanaşırlar
25 noyabrda Rusiyanın Azov-Qara dəniz akvatoriyasında Ukraynaya məxsus 3 gəmiyə hücum etməsi və 24 nəfəri əsir alması Moskva-Kiyev gərginliyini pik həddə çatdırıb. Hadisədən sonra bir-birini qarşılıqlı ittiham edən tərəflər ordularını müharibə vəziyyətinə gətirdiklərini ifadə ediblər. Ukrayna hərbçiləri Azov dənizi akvatoriyasında hava hədəflərinin məhv edilməsi təlimlərini icra ediblər.
Təlim zamanı "Şılka” özüyeriyən zenit qurğusu və "Strela-10” döyüş maşınlarından istifadə edilib. Təlimdə düşmən aviasiyasının hücumu zamanı qüvvələrin səfərbər edilməsi və rəqibə qəfil zərbə endirilməsi vəziyyəti imitasiya edilib. Əlavə olaraq rəsmi Kiyev 16 yaşından 60 yaşına qədər olan rus kişilərinin ölkə ərazisinə girişini qadağan edib. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşü zamanı Dövlət Sərhəd Xidmətinin rəhbəri Pyotr Çiqikal da təsdiq edib. Çiqikal sərhəd buraxılış məntəqələrində nəzarətin artırıldığını bildirib. Onu da xatırladaq ki, bundan öncə Kerç böhranıyla əlaqədar Ukraynada hərbi vəziyyət elan edilib.
Tərəflər arasındakı gərginliklə bağlı "Şərq”ə danışan Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib ki, iki dövlət arasında gərgin münasibətlər hələ uzun müddət davam edəcək:
"Yaddan çıxarmayaq ki, burada Krım yarımadası və Donbas amili də var. Ukraynalılar ərazi itkilərinə çox kəskin yanaşırlar. Heç vaxt bunu ruslara bağışlamayacaqlar. Yaxın gələcəkdə əlaqələrin bərpa ediləcəyini gözləmək əbəsdir. Qarşıdurma həm vətəndaşların sərbəst gediş-gəlişinə, həm də siyasi münasibətlərə ciddi təsir edəcək. Lakin indiki gərginliyin müharibə və hərbi münaqişə müstəvisinə çatacağı ehtimalı da zəifdir.
Ukrayna yaxşı başa düşür ki, Rusiya böyük dövlətdir və Moskva ilə kəllə-kəlləyə gəlmək mürəkkəb məsələdir. ABŞ və digər Qərb ölkələri Ukraynaya dəstək verirlər, amma bu dəstək özünü daha çox Kremlə qarşı sanksiyalar və Kiyevə maddi yardımlar fonunda göstərir. Ukraynaya Qərb tərəfindən birbaşa hərbi dəstək verilmir. Onlar əksər hallarda seyirçi mövqedə dayanırlar və prosesə müdaxilə etmirlər. Avropa ölkələrinin müdaxiləsi sadəcə tərəfləri kompramisə və danışıqlara çağırmaqdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya