Moskvada yaşayan azərbaycanlılar Ermənistanın təxribatına sərt etiraz ediblər
13:09 13.07.2020
Arxiv
695
İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib.
Oxu.Az-ın məlumatına görə, Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev bildirib ki, doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisə Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, Tovuz istiqamətində gedən döyüşlər əsl erməni təxribatıdır və Rusiya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənilir.
Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır.
Təxribatın Dağlıq Qarabağ regionundan 100 kilometrlərlə kənarda – Azərbaycan-Ermənistan sərhədində baş verməsi, dinc əhalinin yaşadığı məntəqələrin atəşə tutulması, beynəlxalq hüquqa və normalara zidd olmaqla yanaşı, Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha ifadə edir. Bundan başqa, bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı riyakarlığını bir daha nümayiş etdirir.
Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk Qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm