“Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”
12:00 27.10.2017
Arxiv
912
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını müəyyən etmək üçün ötən gün təkliflər irəli sürüb.
APA TV-nin məlumatına görə, məsələn, bundan sonra "zaryadka”ya "yükləmə”, "adapter”ə "yükləyici”, "embarqo”ya "qadağa”, "evakuasiya”ya "köçürülmə” deyilməsi təklif olunur.
Lakin ictimaiyyətin bu təklifə münasibəti birmənalı deyil:
- 70 il SSRİ-nin tərkibində olmuşuq. Bu yeni sözləri formata salmaq asan deyil. Bu sözləri deyirlər, amma sual vermirlər ki, camaat işlətmək istəyirmi o sözləri? Əgər iki insan bir-birimizi başa düşürüksə, lap yapon dilində də olsa, dəyişməyin mənası yoxdur.
- Yaxşı haldır. "Proqnoz” sözü çox adamın dilinə yatmır. Hava durumu desək, daha yaxşı olar. Hər adam bu sözlərə alışa bilməyəcək. Dil belə formalaşdırılmamalıdır. Hamının başa düşdüyü dildə olsa, daha yaxşı olar.
- Münasibətim yaxşıdır. Əslində belə olmalıdır. Öz sözlərimizdən istifadə etməliyik. Normal halda heç kim "yükləyici” və ya "adapter” demir. Əslində qəbul olunmalıdır. Amma bilmirəm cəmiyyətdə qəbul olunacaq, ya yox.
- Bütün xarici terminləri Azərbaycan dilinə köçürmək düzgün deyil. Mümkün də deyil. Zaman dəyişir. "Evakuasiya” sözünü tərcümə etməzdim. "Köçürmə” başqa şeydir. Evakuasiya isə ölümdən, təhlükədən qaçmaqdır. "Proqnoz” elmi termindir, yəni hesablama, fikirləşmə. Öncəgörməni isə fikirləşmirsən, hesablamırsan. Elə bil ki, yuxarıdan vergi gəlir, öncədən nəyi isə görürsən.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyir ki, yeni sözlərin tətbiqi, sadəcə, təklif olunur. Bu tövsiyə məcburi xarakterli deyil. Alınma sözlərin təqdim olunan qarşılıqları yalnız dildə işləklik qazanarsa, təsdiq olunacaq: "On sözdən ikisi, yaxud üçü dildə işləklik qazanacaqsa, bu, dilimizin uğurudur. Bütün ziyalılarımızı bu işdə fəal iştirak etməyə səsləyirəm. Qeyd etmək istəyirəm ki, bu terminlərin qarşılığı haqqında təkliflərini versinlər. Bu təkliflərin hər biri müzakirə olunacaq”.
Sayalı Sadıqova ən çox müzakirə olunan "proqnoz” və "mouse” sözlərinin qarşılığı ilə bağlı səslənən fikirlərə münasibət bildirib:
"Əlbəttə, "öncəgörmə” "proqnoz” sözünü tam ifadə etmir. Sadəcə, məhz bu sözün işlənməsinə dair yüzə qədər təklif olub. Komissiyanın sədr müavini kimi mənə elə gəlir ki, "proqnoz” sözü "öncəgörmə”dən daha münasib sözdür. "Mouse”a "bələdçi” demək isə bizim yox, informatika mütəxəssislərinin təklifidir. Təklifin hansı daha yaxşı olsa, o da qəbul olunacaq”.
"Bəs dilə daxil olunan yeni sözlər hansı meyarlarla müəyyənləşdirilir?" sualına həmsöhbətimiz belə cavab verdi: "Ən azı üç-dörd dildə eyni şəkildə yazılan, ifadə olunan terminlər beynəlxalq terminlərdir. Bu terminlərin əksəriyyəti bizim dilə daxil olub. Bunlar daha texniki, elmi terminlərdir. Alınma sözlər isə ictimai-siyasi həyatda işlənir. "Təxliyə” əhalinin kütləvi şəkildə bir yerdən başqa yerə köçürülməsi və geri qaytarılması mənasını verir. Ancaq "evakuasiya”, sadəcə, "köçürülmə” deməkdir”.
Sayalı Sadıqova əlavə edib ki, müstəqillik illərində Azərbaycan dilinə 10 minə qədər alınma söz daxil olub. Bu sözlərin hamısını dilə daxil etsək, düzgün olmaz. Dilin daxili imkanları hesabına yeni sözlərin yaradılması məqsədəuyğundur. O ki qaldı təklif olunan yeni sözlərin təsdiqinə, nəticə bir aydan sonra bəlli olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya