Mövlud Çavuşoğlu: "Ankara Bakını müharibəyə sürükləmir"
21:46 05.04.2016
Arxiv
510
Türkiyənin Azərbaycana kömək etməyə hazır olması, Ankaranın Bakını müharibəyə sürükləməsi mənasına gəlmir. APA-nın xəbərinə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinə müsahibəsində bildirib.
"Türkiyənin lazım gəldikdə Azərbaycanı dəstəkləməyə hazır olması barədə bəyanatı Ankaranın Bakını müharibəyə təhrik etmək mənasına gəlmir... Biz qardaş Azərbaycana əsgərlərin həlak olması ilə bağlı başsağlığı veririk. Azərbaycanı lazımi anda dəstəkləmək onu müharibəyə sürükləmək anlamına gəlmir”, - deyə Mövlud Çavuşoğlu İranın Ramsar şəhərində azərbaycanlı və iranlı həmkarları Elmar Məmmədyarov və Məhəmməd Zəriflə görüşünün yekununda bildirib.
"Hansısa ölkə gəlib Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini işğal edir, sonra da Azərbaycan və Türkiyəni günahkar göstərməyə çalışır. Bu cür mövqe həm İslama, həm də insanlığa ziddir. Səmimi və ədalətli olmaq lazımdır. İşğal olunan ərazilər Azərbaycana məxsusdur”, - deyə Çavuşoğlu qeyd edib.
Çavuşoğlu bir sıra İran KİV-lərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın guya Dağlıq Qarabağda müharibəni təhrik etməsi barədə yaydıqları xəbərlər qara təbliğatdan başqa bir şey deyil.
"Qardaş və dost ölkədən verilən bu cür şərhlər bizdə məyusluq hissi yaradır. Onlar həqiqəti əks etdirmir. Biz bu məsələdə həmişə dəqiq mövqedən çıxış etmişik. Ankara daim Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll olunmasını dəstəkləyib”.
Nazir qeyd edib ki, Minsk Qrupu indiyədək münaqişənin həlli üzrə öhdəliklərini icra etməyib.
"Sonuncu gərginliyə gəldikdə isə, Ermənistan atəşkəs rejimini pozub, bu isə toqquşmalara səbəb olub. Biz bu toqquşmaları alqışlamırıq. Türkiyə həmişə qardaş Azərbaycanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Biz bunu gizlətmirik, lakin eyni zamanda da atəşkəs rejiminin tezliklə təmin edilməsinə çağırırıq. Bu isə o deməkdir ki, Ankara münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan uzun illərdir ki bu təşəbbüsləri dəstəkləyir”, deyə XİN rəhbəri əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya