MTRŞ-dan “Rossiya 1”də azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə REAKSİYA
08:15 25.03.2014
Arxiv
874
"İndiki vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır"
"Azərbaycanlıların vəhşi kimi təqdim edildiyi filmin Rusiya dövlət kanalında yayımlanması təəssüfləndirici haldır”. Bunu AzNews.az -a Azərbaycan Milli Televiziya və Radio Şurasında (MTRŞ) sədri Nuşiravan Məhərrəmli bildirib. O, hesab edir ki, indiki vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır: "Bu məsələ Rusiyanın hazırda, həssas dövrdə yeritdiyi siyasətdir və bu da başadüşüləndir. Təbii ki, o siyasətə də Azərbaycan tərəfi də lazımi cavabı verəcək”.
Qurum rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq, "Rossiya 1”də yayımlanan "Svoya pravda” ("Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlara görə MTRŞ tərəfindən hər hansı bir rəsmi məktub ünvanlamayacaq. O Azərbaycanın Rusiyanın dövlət kanalına cavabı müxtəlif səpkili yollarla olacağını da istisna etmədi.
Qeyd edək ki, anspress-in məlumatına görə, Rusiyanın dövlət kanalı "Rossiya 1”də yayımlanan "Svoya pravda” ("Onların həqiqətləri”) adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlar Moskvada yaşayan Azərbaycan diasporunun da ciddi etirazına səbəb olub. Rusiyanın politoloqları da Krım hadisələrin davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin yayımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı fikrindədirlər. Filmin nümayiş olunduğu "Rossiya 1” kanalı isə film haqqında hər hansı mövqe bildirməkdən yayınıb. Atıq Azərbaycanın Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin görüldüyü bildirilib. Film Sovet İttifaqının dağıldığı dövrləri əhatə edir. Xatırladaq ki, film Azərbaycanın ucqar dağ kəndindən Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5 saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb Azərbaycanın bu cür yanlış təqdim edilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət