MTRŞ: Efir toyxanadan, aparıcı “tamada”dan seçilməlidir
10:04 27.04.2016
Arxiv
504
"Space televiziyasında yayımlanan "Sevimli mahnı” verilişinin aparıcısında "Sevimli şou”dakı xarakterinə meyllənmə hiss olunur”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, verilişin son buraxılışlarda yenə də ictimaiyyət arasında daha çox toy biznesinin nümayəndələri kimi tanınan müğənnilərin iştirakı ilə toyxana mahnılarından ibarət veriliş formatına keçid müşahidə olunur: "Düzdür, verilişdə həmin müğənnilərin ifasında hərdən muğam da eşitmək mümkündür. Amma bir neçə veriliş öncəyədək veriliş daha çox ciddi incəsənət xadimlərinə, onların yaradıcılığına həsr olunurdu. Azərbaycan milli efirində çal-çağır verilişləri az deyil. Lakin əvvəllər "Sevimli şou”, indi isə "Sevimli mahnı” get-gedə digər verilişlərdən fərqlənir”.
Şöbə müdiri qeyd edib ki, yayımçılar yaradıcılıq fəaliyyətində müstəqil olsalar da, televiziya efiri toyxanadan, aparıcı "tamada”dan seçilməlidir: "Milli efirimiz öz kübarlığını itirməməlidir. Verilişlər yalnız reytinq toplamaq, kommersiya məqsədilə deyil, həmçinin maarifçilik prinsipləri nəzərə alınmaqla hazırlanmalıdır. Bunlar şablon ifadələr deyil. Real mənzərədir. Şouların səviyyəsi yüksəldilməlidir. Onsuz da müəyyən kateqoriya tamaşaçı şouya baxmağa meyllidir. Çalışıb onu yerli şoulara cəlb etməliyik. Yoxsa o, xarici kanallara meyllənəcək. İndi kimi dindirirsən, deyir xarici yayımçılara baxıram. Burada əvvəllər də deyildiyi kimi, yerli yayımçılar, onların bəzi zəif verilişləri mühüm rol oynayır. Hesab etmək olar ki, səviyyəli şou hazırlamaqla daha çox da qazanc, reytinq əldə etmək olar, nəinki aşağı səviyyəli verilişlə. Yayımçılar işə peşəkarları cəlb etməli, veriliş aparıcıları, yaradıcı heyət qarşısında tələbləri artırmalıdır”.
Qeyd edək ki, bir müddət əvvəl Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli şou” verilişi bağlanıb. M. Güləddinoğlu hazırda "Sevimli mahnı” verilişinin aparıcısıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm