"MTRŞ-nın sərt reaksiya verəcəyi çox qüsurlar var" - JURNALİST
09:49 30.10.2017
Arxiv
485
İlqar Rəsul: "Telekanallarda insanlara həqarət mənasında “monqol” deyirlər. Bu kimi qüsurları necə gözdən qoymaq olar? Bəs buna reaksiya hanı? "
"Yaxşı olar ki, hansısa televiziyaya fərq qoyulmasın, ümumi olaraq, qaydalar müəyyənləşsin”.
Bunu "Sherg.az”a televiziya efirlərində ədəbi dil qaydalarından danışarkən tanınmış jurnalist İlqar Rəsul deyib.
Onun sözlərinə görə, bütün informasiya vasitələrində fikir formalaşmalıdır ki, standartlar hamıya tətbiq olunsun:
"Bu məsələlər ümumi yanaşma, obyektiv standartlar çərçivəsində olmalıdır. Ədəbi dil normalarına riayət edilməsinə gəlincə, bu işləri professionallar həll etməlidir. Bütün normalar müəyyənləşib, sadəcə əməl etmək lazımdır. İki halda normalara əməl etmirlər; birincisi, qeyri-peşəkar olurlar, ikincisi isə ortada səhlənkarlıq faktı dayanır. Qeyri-peşəkarlığın içərisində savadsızlıq da gedə bilər. Məsələn, saytlarda bəzi xəbərlərə elə başlıqlar qoyulur ki, başlığın özündə səhvlər aşkarlanır. Lakin onlar səhvə yol verdiyini bilmir. Ümumi isə dil normalarına, qaydalara əməl olunmaması aradan qaldırılmalıdır.
Azərbaycan Televiziyasında da ləhcələrdən, bəzi üslublardan istifadə edilir. Lakin bu o qədər də hiss edilmir. Çünki dil normalarına mümkün qədər əməl edilir. Bütün bu problemlərlə qarşılaşmamaq üçün məsuliyyətli yanaşmaq vacibdir”.
İ.Rəsulun qənaətincə, telekanallarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sərt reaksiya verəcəyi çox qüsurlar var:
"Çox kobud ifadələr işlətmək sözsüz ki, efir mədəniyyətinə ziddir. Amma elə telekanallarda elə ifadələr işlədirlər ki, tənqid edilməmiş qalır. Məsələn, insanlara həqarət mənasında "monqol” deyirlər. Bu kimi qüsurları necə gözdən qoymaq olar? Bəs buna reaksiya hanı? Ona görə, düşünürəm ki, verilişlər daha diqqətli tədqiq edilsə, yaxşı olar.
Jarqonlar əslində bütün televiziyalarda işlənir. Rusiyada telekanallara baxsaq, daha açıq şəkildə belə ifadələrdən istifadə olunur. Hətta bizim söyüş hesab etdiyimiz sözlər rus televiziyasında açıq səslənir. Amma bu kiməsə ünvanlanmış formada deyil, hansısa satirik, yumoristik mətnin tərkibində verilir. Ona görə, hesab etmirəm ki, telekanallarımızda yayımlanan seriallarda, satirik, yumoristik proqramlarda həddindən artıq biədəb ifadələr səsləndirilir. Sadəcə biz öyrəşməmişik. Mental mühit olaraq, bizdə bu normalar tam oturuşmayıb. Amma istənilən halda etik qaydalara, müəyyən olunmuş standartlara sığmayan ifadələrin işlənməsi faciə deyil. Onsuzda getdikcə bu cür məsələlər cilalanır, öz yerinə oturur. Biz bu mərhələni nə qədər tez keçsək, o qədər yaxşıdır. Süni əngəllərlə bunlar həll edilmir. Bütün dünyada olduğu kimi bizdə də həmin mərhələ keçiləcək".
Qeyd edək ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlərin bütün istiqamətlərdə davam etdirildiyini bildirib. Onun sözlərinə görə, reklam mətnlərinin izlənilməsi ilə bağlı da müvafiq arayışlar hazırlanır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual