MTRŞ: Yayımçılar nəticə çıxarmalıdır
02:18 29.03.2018
Arxiv
587
Heç bir telekanalda surdo-tərcümələr yoxdur, amma mütləq olmalıdır
Xatırlayıram ki, Türkiyə məktəblərindən birində şagirdlər məşhur "Sev kardeşim” mahnısını eşitmə və danışma əngəllilər üçün oxumuşdular; onların anlayacağı dillə - jestlərlə.
Qardaş ölkədə hətta mahnıların da əngəlli insanlar üçün əlçatan olması, onların üzünü güldürməsi üçün bu qədər əmək sərf edilir, bizdə isə eşitmə və danışma əngəli olanlar heç informasiya da ala bilmir. Telekanallarda surdo-tərcümələr yoxdur. Hazırda dünya informasiya ilə nəfəs alır.
Belə bir zamanda müəyyən bir təbəqənin informasiyasız, sözün həqiqi mənasında informasiya blokadasında qalması, doğrusu, hədsiz təəssüf doğurur. Uzun illər öncə, Azərbaycan Dövlət Televiziyasında surdo-tərcümələr verilirdi. Hətta bəzi filmlərimiz də əngəlli vətəndaşlarımız üçün canlandırılırdı. Lakin son illər surdo-tərcümələr efirdə ümumiyyətlə, görünmür. Ekspertlər hesab edir ki, bu, ilk növbədə əngəlli vətəndaşların informasiya almaq hüququnun pozulmasıdır.
Məsələ ilə bağlı Milli Teleradio Şurası ilə əlaqə saxladıq. Ekspertiza, proqramlaşdırma və analitik şöbənin müdiri Təvəkkül Dadaşov "Şərq”ə açıqlamasında bugünki efirdə surdo-tərcümələrin olmadığını bildirdi:
- Bir neçə il əvvələ kimi, "Lider” telekanalında surdo-tərcümələr verilirdi. Amma hazırda heç bir yerli telekanalda surdo-tərcümələr yoxdur. Amma olmalıdır. Xüsusilə də, dövlət büdcəsindən maliyyələşən yayımçılar surdo-tərcüməni təmin etməlidir. Məsələn, İctimai Televiziyada olmalıdır... Təəssüf ki, yoxdur.
T.Dadaşov telekanallar qarşısında surdo-tərcümə tələbi ilə çıxış etmədiklərini də bildirdi:
- MTRŞ tövsiyə xarakterli təkliflə çıxış edib. Surdo-tərcümələrin təmin edilmədiyi halda konkret sanksiyalar da yoxdur. Bütün hallarda gərək yayımçılar tövsiyələrdən nəticə çıxarsın. Çünki bu, həm də ictimai maraq kəsb edən məsələdir.
"Bəs nə səbəbdən yayımçılar surdo-tərcümələrə müraciət etmir” sualına gəlincə, T.Dadaşov "bunu yayımçılar bilər” dedi və əlavə etdi ki, mütəxəssis azlığı, həmçinin maliyyə çatışmazlığı da səbəblər sırasında ola bilər.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol