Mübariz Mənsimov otelini satdı, Vahid Ələkbərov aldı





"Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimova aid olan, İstanbulda yerləşən "Edition Hotel"in satıldığı barədə xəbərlər yayılıb.

Axşam.az-ın məlumatına görə, xəbəri Türkiyənin turizm qəzetləri yayıb.

İddia edilir ki, otel 15 gün əvvəl səssiz şəkildə satılıb. Məkanın yeni sahibi isə digər Azərbaycan əsilli iş adamı, milyarder, "Lukoil"İn sahibi Vahid Ələkbərovdur.