
Müəllimə əxlaqsız təklif edən direktor işdən çıxarılacaq ? - Bir şərt...
14:09 27.10.2017
Arxiv
1589
"Məsələ qabardılsa, müəllim öz dediyinin üzərində dayansa, direktora cəza veriləcək, yaxud vəzifəsindən azad ediləcək"
"Məktəb direktorlarının özbaşınalığı davam edir”.
Bunu "Sherg.az”a Bakıda məktəb direktorunun müəllimə əxlaqsız təklif etməsi ilə bağlı danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
Ekspert diqqətə çatdırıb ki, direktorların yeni işə qəbul qaydaları barədə əmr verilib:
"Əvvəl direktorlar imtahan verir, sonra isə müsahibədən keçirilir. Məktəb direktorlarının seçki yolu ilə seçilməsi metodu da var. Sivil ölkələrdə məktəb direktorlarını pedaqoji kollektiv, məktəb şagirdlərinin nümayəndəsi və valideynləri təmsil edən şəxslər seçirlər. Bu gün üçün Azərbaycanda belə seçki də mümkün deyil. Ona görə ki, yığışıb, sözləşəcəklər, yaxud kimsə pul təklif edəcək, filankəs səs qazanacaq.

Məktəb direktorlarının təyin olunmasında rasional mövqe tutmaq lazımdır. Ötən illərin məktəb direktorları imtahan verdilər. Təbii ki, yüksək bal toplayan direktorların hamısı kənarda qaldı, əksinə az bal yığanlar direktor təyin olundu. Məsələn, konkret Lənkəran rayon məktəblərinin birində 54 bal toplayan şəxs kənarda qalıb, 8 bal toplayan müəllim məktəb direktoru olub.
Açıq şəkildə görünür ki, təhsil nazirinin məktəb direktorlarını təyin etməyə gücü çatmadı. Bu prosesi həyata keçirən icra başçılarıdır. Sadəcə formal olaraq nazirlik bunu təqdim edir. Sonra Nazirlər Kabinetinin iclasında təhsil naziri Mikayıl Cabbarov çıxış etdi ki, məktəb direktorlarını icra başçılarının rəyini nəzərə almaqla təyin etmişik. Bu, o deməkdir ki, məktəb direktorları hələ də birbaşa icra hakimlərinin nəzarəti, təyinatı altındadır.
İcra başçılarının əksəriyyətinin korrupsiya ilə məşğul olduğunu da bilirik. Deməli, onların arxasında durduğu məktəb direktorları da belə işləyir. İstisna hallar ola bilər. Direktorların arxaları olduğu üçün nazir də onlara heç bir şey edə bilməz”.
İndiyə qədər mətbuatda məktəb direktorlarının əxlaqsız təkliflər etməsi ilə bağlı çox faktlar səsləndiyini xatırladan ekspert vurğulayıb ki, direktorların 70-80 faizi həmin posta layiq olmayan şəxslərdir:
"Sanki harada nasaz, pul alıb, verməyi bacaran şəxslər varsa, məktəb direktoru təyin edirlər. Nəticəsi isə göz qabağındadır. Belə hallar dünən də olub, bu gün də var, sabah da davam edəcək.
Bir müddət əvvəl 115 saylı məktəbdə də korrupsiya halı gündəmə gəlmişdi. Əslində korrupsiya özü də əxlaqsızlıqdır. Şikayət edən müəllimi ələ ala bilsələr, müxtəlif yollarla ona pul təklif edəcəklər. Yaxud hədə qorxu yolu ilə də hansısa addım ata bilərlər. Ələ alsalar, ərizə yazdıracaqlar, nazirliyə, başqa orqanlara təqdim edəcəklər ki, əsəbindən bu sözü deyib.
İkinci variant da odur ki, məsələ qabardılsa, müəllim öz dediyinin üzərində dayansa, direktora cəza veriləcək, yaxud vəzifəsindən azad ediləcək.
Lakin, bundan sonra həmin şəxs başqa vəzifədə "parıldayacaq”. Çünki onun havadarı var. Məsələ sadəcə budur. Hadisələri izləyin, bu iki variantdan biri olacaq”.
Qeyd edək ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə "yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya