Müəlliminə məktəbdə təcavüz edib, öldürdü

Sonra da onun cəsədini çantada heç nə olmamış kimi apardı
Qorxunc hadisə 3 il əvvəl ABŞ-da yaşanıb. Danvers liseyinin müəllimi Colleen Ritzerə əvvəl təcavüz edən, sonra da vəhşicəsinə öldürən Philip Chism 40 il həbsə məhkum edildi.
Cinayəti törətdiyi zaman 17 yaşında olan Chism müəllimini məktəbin koridorunda izləyib, tualetə keçəndə niyyətini reallaşdırıb. Burada gənc qadına təcavüz edən Philip Chism müəllimini bıçaqla vəhşicəsinə öldürdükdən sonra cəsədini təkərli bir zibil qutusuyla sanki heç bir şey olmamaış kimi rahat bir şəkildə məktəbdən çıxarıb. Dəhşətli hadisə məktəbdəki kameralar tərəfindən qeydə alınıb. (İHA)
Hətta təcavüzkar o qədər rahat olub ki, 24 yaşlı müəlliminin cəsədini meşəyə atıb getdikdən sonra Colleen Ritzerenin kredit kartından da istifadə edib. Kredit kartıyla kinoya gedən Philip Chism beləcə tutulub.
Ömürlük həbs tələbi ilə mühakimə olunan Philip Chismə məhkəmə 40 il həbs cəzasını uyğun hesab edib. Ritzerin ailəsinin məhkəmədə göz yaşları hamını kövrəldib.