Vakansiyaların açıqlanması prosesində neqativ məqamlar qaçılmazdır. Əksər direktorlar mütləq şəkildə həmin yerlərə sonradan bu və ya digər qeyri-qanuni yollarla müqaviləli işçilər götürür. Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün müqaviləli işçilərin də işə qəbulunu mərkəzləşmiş qaydada həyata keçirəcək.
"Müəllimlərin işə qəbuluna dair Bakı üçün açıqlanan vakansiya olduqca azdır"
11:01 08.08.2018
Arxiv
1175
"Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası çıxarılmadan vakant yerləri çıxarmaq mümkün deyil”.
Bunu "Sherg.az”a orta ümumtəhsil məktəblərində vakant yerlərin gizlədilməsi iddialarına münasibət bildirərkən tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi Bakı şəhərində diaqnostik qiymətləndirmədən aşağı bal toplayan müəllimləri işdən azad etməli, bu yerlərə vakansiya açmalı idi:
"Müəllimlərin İşə Qəbul İmtahanında 50 minə yaxın müəllim iştirak etsə də, cəmi 7 minə yaxın vakansiya açıqlanıb. Həmin vakansiyaların 50 mindən çoxu regionlarda yerləşir. Bakı üçün açıqlanan vakansiya olduqca azdır.
Vakansiyaların açıqlanması prosesində neqativ məqamlar qaçılmazdır. Əksər direktorlar mütləq şəkildə həmin yerlərə sonradan bu və ya digər qeyri-qanuni yollarla müqaviləli işçilər götürür. Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün müqaviləli işçilərin də işə qəbulunu mərkəzləşmiş qaydada həyata keçirəcək.Hesab edirəm ki, vakansiyalar imtahandan öncə çıxarılmalıdır ki, hər kəs istəyinə uyğun yeri tapa bilsin. Əgər kimsə, uyğun vakansiya tapa bilmirsə, imtahanda iştirak etməyəcək. MİQ imtahanlarında yüksək bal toplayan namizədlər var ki, məktəblərdə işə qəbulu çox aşağı səviyyədədir. Ona görə, Təhsil Nazirliyi qısa müddətdə müəllimlərin attestasiyasını keçirməli, yüksək bal toplayan müəllimlərin işə qəbulunu həyata keçirməlidir”.
Qeyd edək ki, Müəllimlərin İşə Qəbulu ( MİQ) Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi. Bu müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər iştirak edə bilər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya