
Müğənnilərə bəd xəbər:"Qonorar verməlidirlər"- Kulturoloq dəstəklədi
09:41 06.11.2017
Arxiv
1173
Aydınxan Əbilov: "Bu məsələ xarici ölkələrdə tənzimlənir, müəyyən sistematik şəkildə müəlliflərə qonorar ödənilir. Azərbaycanda isə son vaxtlar təmin edilmir"
"Müəllif hüquqları Azərbaycan Respublikasının müvafiq qanunu ilə tənzimlənir. Həmçinin burada respublikanın qoşulduğu Berlin Konvensiyası və Paris müqaviləsinə əsasən, hər hansı müəllifin əsəri kimə məxsusdursa, onların əqli və intellektual mülkiyyəti sayılır. Bunun istifadə olunmasına görə, müəllifə haqq ödənilməlidir”.
Bu sözləri "Sherg.az”a toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə, müəllif qonorarlarının ödənilməsi prosedurunu izah edərkən kulturoloq Aydınxan Əbilov söyləyib.
O bildirib ki, bu məsələ xarici ölkələrdə tənzimlənir, müəyyən sistematik şəkildə müəlliflərə qonorar ödənilir:

"Müəlliflərlə yanaşı, audio-vizual məhsullar, televiziya verilişi, musiqi parçası və s. üçün həm bəstəkar, rejissor və bunu istehsal edən studiyalar da müəyyən faiz qonorar alır. Azərbaycanda isə son vaxtlar bu məsələlər tam təmin edilmirdi. Nazirlər Kabineti bununla bağlı normativ akt qəbul etdikdən sonra Müəllif Hüquqları Agentliyinə tapşırılıb və işləri tənzimləməsi bildirilib. Ona görə, şou-biznesin daha çox inkişaf etdiyi toy və restoran strukturunda musiqili əsərlər səsləndirilirsə, şairlərə, bəstəkarlara qonorar verilməlidir. Eyni zamanda fonoqram şirkətlərinin, aranjeman edən studiyaların müqavilə imzaladığı təqdirdə müəllif sayılırlar və onların hər birinə müəyyən miqdarda qonorar verilməlidir.
Son vaxtlar bu qaydalara teatrlarda rast gəlmək olur. Məsələn, hansısa dram əsər oynanılırsa, teatrlar müəyyən faizi Müəllif Hüquqları Agentliyinə yaxud müəllif qonorarları yığan xüsusi təşkilata ödəyirdi. Hazırda söhbət daha çox toylarda və şadlıq evlərində istifadə olunan musiqi əsərlərindən gedir. Bu məhsuldan istifadə olunması müəllif hüquqlarına şamil olunur. Ona görə, bəstəkara, mətnin müəllif olan şairə, musiqini aranjeman edən şəxsə və s. qonorar verilməlidir. Məsələn, toylarda, məclislərdə müğənnilər hansısa bəstəkarın musiqisini oxuyur, amma ona pul ödəmirlər”.
Şair yaxud bəstəkarın öz musiqisini müğənniyə birdəfəlik satması məsələsinə də toxunan kulturoloqun sözlərinə görə, belə olan halda ödəniş olunmalı, yazılı müqavilə imzalanıb, notariusda təsdiqlənməlidir:
"Bununla hər kəs bilməlidir ki, həmin musiqinin müəllif hüquqları müğənniyə aiddir. Burada həm aranjeman edən studiya, həm bəstəkar, həm şair müğənniyə aiddir və qonorar onlar arasında bölünməlidir.
Bütün dünyada bu hüquqlar var. Lakin sözsüz ki, bunlardan sui-istifadə edilməsi halları ilə qarşılaşacağıq. Çünki bu zaman toylarda qiymətlərin qalxması məsələsi gündəmə gələ bilər. Lakin hələlik qanun hamı üçün eynidir və hər kəs riayət etməlidir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir.
Müəllif Hüquqları Agentliyi bildirib ki, bu qonorar şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən ödənilməlidir.
Ödənilmiş qonorarın müəlliflər və hüquq sahibləri arasında bölünməsi və onlara çatdırılması üçün toy mərasimində səsləndirilən musiqili əsərlərin repertuarı də təqdim olunmalıdır. Qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual