"...Münaqişənin həllinə dair müsbət tendensiyaların şahidi ola bilərik” - Politoloq
13:51 03.01.2019
Arxiv
626
"Əgər Prezident artıq üçüncü dəfədir bunu ifadə edirsə, xarici işlər naziri Elmar Məmmədyarov bu yöndə açıqlamalar səsləndirirsə, deməli yenicə daxil olduğumuz 2019-cu ildə nisbətən də olsa müsbət dəyişikliklər gözlənilir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Analitik bildirib ki, son dönəmlər yaşanan proseslər fonunda diqqət çəkən məqamlar var. Bu məqamlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən dəyişiklik gözləməyə ümidlər yaradır:
"Əslində ötən illər ərzində münaqişənin həlli istiqamətində irəliləyişlər üçün müəyyən şərait olub. Lakin Ermənistan rəhbərliyinin qeyri-ardıcıl siyasəti nəticəsində nikbinlik qısa zamanda ortadan qalxıb.
Danışıqlar prosesinə yaxın durmayan düşmən öz təxribatlarını o qədər artırıb ki, Azərbaycan tərəfi 2016-cı ildə və ondan sonrakı illərdə erməni ordusunun mövqelərinə ağır zərbələr vurub.
İndiki ümidlər onunla bağlıdır ki, Ermənistanın yeni hakimiyyəti sələflərinin aqibətindən ibrət alsın və onların xətasını təkrar etməsin. Əgər yeni hökumət danışıqlar prosesini davam etdirərsə, aparılan siyasətdə dəyişiklik edərsə, münaqişənin həlli ilə bağlı müsbət tendensiyaların şahidi ola bilərik”.
Bütün hallarda analitik düşünür ki, yeni yanaşmalar məsələlərin konkret müzakirəsi ilə bağlıdır:
"İlk növbədə torpaqlarımız geri qaytarılmalı və qaçqınlar öz yurdlarına geri dönməlidir. Bizim üçün ən mühüm və vazkeçilməz məqamlar bunlardır. Görünür, məhz bu məqamlarla bağlı tərəflərin danışıq aparması ehtimalı bir qədər də güclənib. Nikbinlik və ümidlər bununla bağlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya