Diyarbakırın Ergani qəsəbəsində məruz qaldığı silahlı hücum nəticəsində başından vurulan Mutlu Kaya, 32 gündür reanimasiyada həyat mübarizəsi verir.
Mutlunun anası Xanım Kaya, övladının vəziyyətinin yaxşılığa doğru dəyişdiyini və onu danışdıranda reaksiya verdiyini ifadə etdi. Bir televiziya kanalında təşkil edilən səs yarışmasına qatılan, burada həm səsi, həm də gözəlliyiylə heyranlıq oyadan, ancaq Diyarbakırda evində məruz qaldığı silahlı hücum nəticəsində başından vurularaq ağır yaralanan Mutlu Kaya, 32 gündür reanimasiyada həyat mübarizəsi verir.
Diyarbakır xəstəxanasında müalicəsi davam edən Mutlu, həyata dörd əllə sarılıb.
Vəziyyəti hər keçən gün bir az daha yaxşılığa doğru dəyişən Mutlunun gözlərini açdığı və ona səslənən zaman reaksiya verdiyi ifadə edildi. Gecə - gündüz demədən xəstəxananın yanındakı boş torpaqda yerə sərdiyi kilimin üzərində 32 gündür qızını gözləyən ana Xanım Kaya, həm Mutlunun son vəziyyətini, həm də yaşadıqları çətinlikləri izah edir. Qızını ən son dünən gördüyünü ifadə edən Kaya, sağlamlıq vəziyyətinin yaxşılığa dəyişdiyini ifadə etdi. Mutlunun hələ də danışa bilmədiyini deyən Kaya, ancaq gözlərini tərpədərək, reaksiya verdiyini qeyd etdi.
"1400 lirə qəbz çıxdı”
Böyük çətinliklər içində yaşadıqlarına diqqət çəkən ana Kaya, bunu dəfələrlə dilə gətirməsinə baxmayaraq onlara əl uzadılmadığını bildirir. Kimsəni pisləmək, ya da qaralamaq istəmədiyini, ancaq onları ziyarət edib, dəstək sözü verənlərin bir daha axtarmadığını vurğulayan Kaya, " Mutlunun qarşısında uzun bir müddət var. Bu saatdan sonra Mutlu üçün böyük xərc lazımdır. Ancaq imkanım yoxdur. Mən hər kəsdən dəstək gözləyirəm. Dünən medikal xərcləri üçün 1400 lirə qəbz çıxdı. Bunu ödəyə bilmədik. Qubernatorluğa müraciət etdik. "Sabah nəticə çıxar” dedilər. Burada çox vaxt yemək ala bilmədik. Çox çətinlik çəkdik. Neçə dəfə yemək almaq üçün getdiyimdə hörmətdən düşdüm. 32 gündür buradayam, yalnız iki dəfə yemək aldım. Reaksiya görüncə artıq getmədim. Dünən özləri bura yeməyi gətirdilər " dedi.
"Torpaqda ilanlar var”
Hər cəhətdən çətinliklər yaşadıqlarına diqqət çəkən Kaya, bunları qeyd etdi:
"Ramazan ayı gəlir, mən buradayam. Bu gecə də burada yatdıq, təhlükəsizlik işçiləri gəldi, "Allahdan qorxmursunuzmu, bura ilanlarla doludur” dedilər. Burada gözləmək məcburiyyətindəyəm. Mən prezidentə, baş nazirə və bütün böyüklərimizdən, həssas kəslərdən kömək gözləyirəm. Çünki Mutlunun müalicə olunması lazımdır. Onların da ola bilər. Bu hər kəsin başına gələ bilərdi. Bunu hər kəsin anlaması lazımdır. Gəlib, ‘edəcəyəm’ deyib, çəkilib gedirlər. Söz verdinsə yerdə qalmasın. Çünki çarəsizəm. Hər şey Tubam (Mutlu) üçündür. Hara olursa olsun, mən Tubam üçün hər tərəfə müraciət edəcəyəm. Onun üçün hər şeyi edəcəyəm. Çünki Tubam universiteti oxuya bilmədi. İşləmək məcburiyyətində idi. Tubam günahsızın günahsızı idi. Mətbuat və internet saytları çox səhv şeylər yazdı. Amma mən tanıyıram övladımı. Söyləsinlər, mən övladımı tanıdıqdan sonra dünyanın nə bildiyi əhəmiyyətli deyil.”