MyBakcellim alətlər paneli...
19:25 18.03.2016
Arxiv
815
Bakcell müştərilərinə öz smartfonları üzərindən balanslarını və istifadə etdikləri xidmətləri idarə etməyə imkan verən yeni alət təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib. Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan MyBakcellim alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:
* Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;
* İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;
* SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;
* Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;
* Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;
* Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.
Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən Bakcell loqosuna (Ulduz) basmaqla müştərinin Bakcell hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. Bakcell abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. MyBakcellim Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaqdır.
"Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik”,- deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib. "Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”,-deyə cənab Şirer əlavə edib.
Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra Bakcell abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.
Bu alətlər panelindən istifadə etmək üçün Bakcell abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər MyBakcellim alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. OperaMini brauzerindən istifadə edən Bakcell abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.
MyBakcellim alətlər panelinin yeni funksiyaları arasında müştərilərə Bakcell tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.
MyBakcellim alətlər paneli Bakcell abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə Bakcell məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol