
Nail Çələbi: "Artıq Avropa Birliyi kimi bir Türk birliyinin qurulması şərtdir”
19:30 13.03.2018
Arxiv
1286
Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) sədri və Trabzon millət vəkili Nail Çələbi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beşevlərdəki ictimai təsislərində mətbuat mənsublarıyla bir araya gəlib. Çələbi millət vəkilləri, işadamları, Türk dünyasına könül verən vətəndaşlar, jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatları vasitəsilə Türk dünyasında birlik yaratmaq və bu birliyi gücləndirmək istədiklərini vurğulayıb.

Afrində Türk Silahlı Qüvvələrinin icra etdiyi "Zeytun Budağı” əməliyyatlarında Türkiyənin sonuna qədər haqlı olduğunun vurğulayan Çələbi, buna qarşı bəzi dövlətlərin ölkəsini təkləmək üçün çalışdıqlarını ifadə edib.
Hər vaxt dövlətin birlik və birliyi üçün səy göstərdiklərini qeyd edən Çələbi, "Artıq Avropa Birliyi kimi bir Türk birliyinin qurulması şərtdir. Türk birliyi olsaydı, Türkiyə bu qədər tək olmaz, dözəcək bir gücümüz olardı." deyib.
Türk dünyasındakı millət vəkillərinə çağırış edən Çələbi, TDPB-in hər partiyadan üzvünün olduğuna işarə edib.
İstiqlal savaşında olduğu kimi dünyanın hazırda Türkiyənin qarşısında olduğunu dilə gətirən Çələbi, "Türkiyə, terror və terrora dəstək verən ölkələrə qarşı tək başına mübarizə verməkdədir. Sanki bir səlib yürüşüylə qarşı-qarşıyayıq. İndi Türk birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq. Hədəfimiz, Türk dünyasını birləşdirəcək müstəqil türk respublikaları
parlamentləri və millət vəkilləri arasında əməkdaşlığı inkişaf etdirməkdir" deyə vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya