Namiq Aygünün bağını əlindən aldı : "Hər şeyim getdi"




"Namiq bağ evimi əlimdən aldı”. Lent.az-ın məlumatına görə, bu sözləri "ATV maqazin onlarla” verilişinə açıqlamasında xalq artisti Aygün Kazımova deyib. O bildirib ki, bir zaman sevgilisi olan meyxanaçı Namiq Qaraçuxurlu bağ evini əlindən alıb: "Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu”.
N.Qaraçuxurlu bu mövzuda danışmaq istəmədiyini söyləyib: "Bunlar çox şəxsi məsələlərdir. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm”.