Narkotacirlər SAXLANILDI: Aralarında qadın da var
13:42 13.08.2021
Arxiv
427
Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Borsunlu kənd sakini Elçin Vəliyev polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evindən bir ədəd elektron tərəzi və narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Maddi sübutlar ekspertizaya təqdim olunub.
Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.
Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı müvafiq polis şöbələrində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət