Narkotacirlər tutuldu
07:28 22.04.2019
Arxiv
449
İsmayılda narkotik maddə alverçiləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu- əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20.52 qram qurudulmuş marixuana aşkar edilib.
İlkin araşdırma zamanı K.Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. S.Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K.Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkar edilib. Bundan başqa, Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1 kq 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya