NASA belə adam axtarır

Təcrübəyə qatılacaq şəxslərə 10 həftə üçün 18 min dollar ödəyəcək



NASA, astronavtların kosmosda məruz qaldığı vəziyyəti təyin etmək üçün aparacağı təcrübəyə qatılacaq kəslərə 10 həftə üçün 18 min dollar ödəyəcək.

Amerikan Havaçılıq və Kosmos Dairəsi (NASA), 70 gün davam edəcək bir təcrübəyə qatılacaq namizədlərə 18 min dollar ödəyəcək. Bu işə yarayacaq adamların xüsusiyyətləri isə sağlam olmaq və ABŞ vətəndaşı olmaqdır.

10 həftə boyunca yorucu bir Diyet proqramına tabe tutulacaq namizədləri saniyə- saniyə izləyəcək NASA elm insanları, yerçekimsiz mühitdə məşq edən astronavtların niyə əzələ itirdiyini təyin etməyə çalışacaq.

Təcrübənin ilk mərhələsində, seçilən kəslər iki qrupa ayrılacaq. Bir qrup nizamlı məşq edərkən, digər qrup hərəkətsiz qalacaq. Təcrübənin ikinci mərhələsində NASA-nın Hustondakı qərargahına aparılacaq olan kəslər, həftələrcə başı aşagı olaraq yatağa bağlı olaraq tutulacaq. 3-çü mərhələdə isə 2 həftə boyunca məşq edəcək olan təcrübəçilər, elm adamlarının kosmosda idman etmənin faydalı olub olmadığını təyin etməsinə köməkçi olacaq.

Bu sayədə hərəkətləri minimum səviyyədə tutulacaq təcrübəçilər astronavtların kosmosda məruz qaldığı mühitə tabe tutulacaq və elm insanları uzun vəd edən daha sağlam kosmos səyahətləri üçün məlumat əldə etmiş olacaq.