Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edildi





Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov noyabrın 24-də Asəf Məmmədovun Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

"Sherg.az" Nuhcixan.az-a istinadən fərmanın mətnini təqdim edir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.