Nazir deputatlarla razılaşdı - Xeyriyyəçilər vergidən azad edilə bilərlər



Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik zamanı deputatların təklifinə vergilər naziri Mikayıl Cabbarov cavab verib. 

Sherg.az-ın xəbərinə görə, nazir deputat Çingiz Qənizadənin nəvələrin Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsi etirazına münasibət bildirib. 

Qeyd edək ki, Ç.Qənizadə bildirib ki, bu məsələ hüquq sistemində də problem yaradır: "Çox vaxt notariuslar şikayət edir ki, bu Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır? Xahiş edirəm ki, yeni Məcəllədə bu məsələ nəzərə alınsın” .

M.Cabbarov isəqeyd edib ki, bu məsələyə İşçi Qrupu səviyyəsində baxıla bilər: "Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur”.
Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən azad olunması ilə bağlı deputatların təklifinə gəldikdə isə, M.Cabbarov deyib ki, nazirlik ilk dəfədir bu tip azadolmaları Vergi Məcəlləsinə daxil olunmasını təklif edir: 

"Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Hazırda əlavə geniş azadolunmaların təqdim edilməsi məsələsi də mümkündürsə, o zaman buna növbəti büdcə layihələrinin müzakirəsində baxarıq”.

Anar