Nazirlik: İstək” liseyinin şagirdlərinin əksəriyyəti digər təhsil müəssisələrinə yerləşdirilib
13:33 08.08.2018
Arxiv
637
Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan "İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesi Təhsil Nazirliyində yaradılan İşçi qrup tərəfindən davam etdirilir.
Bu barədə "Sherg.az"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 9-dan etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən, digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şərait yaradılıb: "Artıq çox sayda şagirdin valideynləri dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət edib və müvafiq məktəblərdə yerləşdirilməsi həyata keçirilib. Bir daha xatırladaq ki, sözügedən şagirdlərin dövlət məktəblərində yerləşdirilməsi üçün kifayət qədər yer mövcuddur".
2018/2019-cu tədris ilinin başlanmasına az vaxt qaldığını nəzərə alaraq, övladlarının digər məktəblərdə yerləşdirilməsini tamamlamamış valideynlərə məktəb seçimi və bununla bağlı müvafiq prosedurların yekunlaşdırılması tövsiyə olunur. Övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşən valideynlər birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm