Nazirlik Nəbatat bağında ağac kəsənləri polisə verdi
12:01 16.04.2014
Arxiv
1426
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının ərazisindəki ağacların qanunsuz kəsilməsi ilə bağlı məsələnin araşdırılması üçün Bakının Səbail Rayon Polis İdarəsinə müraciət edib.
Nazirlik həm də məsələyə rəsmi aydınlığın gətirilməsi üçün Mərkəzi Nəbatat Bağına rəsmi məktub göndərib.Bu barədə məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev bildirib ki, ərazidə ağacların qanunsuz çıxarılması baş verib. Səbail Rayon Polis İdarəsinə və Mərkəzi Nəbatat Bağına edilən müraciətlərdə də bu işdə təqsirkar olanın müəyyənləşdirilməsi istənilib. Ağacların çıxarılmasında günahkar olan hüquqi və ya fiziki şəxsə qarşı qanunvericiliyə uyğun qaydada ETSN tərəfindən tədbir görüləcək.
Hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını deyən R.Mirzəyev əlavə edib ki, Mərkəzi Nəbatat Bağı onların müraciətinə hələ də cavab verməyib.
Sektor müdiri qeyd edib ki, Mərkəzi Nəbatat Bağında ağacların əkildiyi yerlər dəyişdirilməyib: "Həmin ərazidə 40-a yaxın müxtəlif sərv, şam və digər ağaclar çıxarılıb. Bu ağacların əksəriyyəti məhv edilib. Ərazidən aparılan ağaclar da olub. Bunlar hamısı sənədləşdirilib".
Nazirlik rəsmisinin sözlərinə görə, Nazirlər Kabinetinin "Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi, istifadəsi və qorunması haqqında" 19 sentyabr 2005-ci il tarixli, 73 saylı qərarına əsasən, Mərkızi Nəbatat Bağının ərazisində bu işlərin aparılması üçün mütləq ETSN-ə müraciət olunmalı, nazirlik nümayəndələri də əraziyə baxış keçirməli idi. Lakin bu prosedurların heç biri baş verməyib.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının rəsmi açıqlamasına görə, həmin ağacların əkildiyi yerlər dəyişdirilib. Onlar bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb. Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur./trend/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi