Nazirlikdən 4 əlli və 4 ayaqlı uşağın doğulmasına MÜNASİBƏT
13:00 07.11.2017
Arxiv
703
Səhiyyə Nazirliyi ölkədə 4 əlli və 4 ayaqlı uşağın doğulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Sherg.az" bildirir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, uşaqların anomaliyalarla doğulması hallarına bütün ölkələrdə olduğu kimi Azərbaycanda da rast gəlinə bilər. Amma bu il ərzində 4 əlli və 4 ayaqlı uşağın doğulması halı qeydə alınmayıb:
"Bu məlumatla bağlı SN Elmi Tədqiqat Pediatriya İnstitutu ilə də əlaqə saxlayıb. Onlar da bu il ərzində orada belə bir uşağın əməliyyat edilmədiyini bildiriblər. Nazirlikdə olan məlumata görə, bu il ərzində ölkədə ümumiyyətlə, 4 əlli və 4 ayaqlı uşaq doğulmayıb və əməliyyat edilməyib".
Qeyd edək ki, KİV-lərdə yayılan məlumata görə,Azərbaycanda 4 əlli və 4 ayaqlı uşaq doğulub. Həmin uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) əməliyyat olunub.
------------
14:46
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib.
Milli.Az medicina.az saytına istinadən xəbər verir ki, xəstəxanaya gətirilən milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib.
Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus - parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.
Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yenidoğulmuş 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.
Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib.
Elmi ədəbiyyatda bu patologiya blastopatiyanın nəticəsi kimi qeyd olunur ki, bu da döllənmənin ilk 14 günündə baş verir. Blastopatiyanın etimologiyası hələ tam məlum deyil.
Azərbaycanda bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət