Nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirilib - YENİLƏNİB
14:28 29.05.2021
Arxiv
495
Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsində 30 nəfərin işdən çıxarılması məsələsinə aydınlıq gətirilib.
Müvəqqəti olaraq şöbənin rəhbər vəzifəsini icra edən Nemət Mehbalıyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, işdən çıxarılma məsələsi həqiqəti əks etdirmir:
"Biz Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon qəbul Şöbəsi olaraq 20 saylı Tovuz Rayon Regional İdarəyə tabeyik. Əməkdaşlarımız isə ötən ilin avqust ayında imtahan mərhələsindən keçiblər. Ötən ilin noyabr ayında imtahandan keçməyən və orta təhsilli əməkdaşların müqaviləsinə xitam verilib. 30 nəfərin işdən çıxarılması məsələsi həqiqəti əks etdirmir, şöbənin cəmi 26 işçisi olub. İmtahan mərhələsindən keçən işçilərin bir qismi şöbədə qaldı, digərləri isə Tovuz Rayon Regional İdarəyə göndəriliblər. Hazırda qəbul şöbəsində kargüzar, sürücü olmaqla cəmi 7 nəfər işçimiz qalıb".
16:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.
İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.
Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat