"Neftin bazar qiyməti manat üçün həlledici olaraq qalır, çünki..."

"Bazara dollar çıxaran Dövlət Neft Fondudur (ARDNF). Onun gəlirləri də neftin satışından əldə edilir"


"Hərraclara çıxarılan dolların həcmi manatın məzənnəsinə təsir göstərəcək”.

Bunu Sherg.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, hələlik təsirlər yoxdur:

"Amma neftin bazar qiyməti manatın məzənnəsi üçün vacibdir. Çünki bazara dollar çıxaran Dövlət Neft Fondudur (ARDNF). Onun gəlirləri də neftin satışından əldə edilir. Neftin qiyməti çox olduqda ARDNF-nin gəlirləri də artır və bazara daha çox dollar çıxarır. 

Hələlik 2017-ci il üçün ARDNF-nin gəlirləri təsdiq edilib. Ona görə, növbəti aylarda Mərkəzi Bankın mövqeyi önəmli olacaq. İstənilən halda neftin bazar qiyməti dolların məzənnəsi üçün həlledici olaraq qalır”.

Aysel Aslan