"Neftin qiyməti ilə bağlı artıma meylli tendensiya var” - Açıqlama





"OPEK ölkələri toplantıya hazırlaşır. Bu ölkələr gələcək üçün öz strategiyalarını təqdim edəcək”.

Bunu "Sherg.az”a neftin dünya bazarlarında qiymətinin yüksəlməsindən danışarkən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban söyləyib. 

O diqqətə çatdırıb ki, OPEK ölkələrinin məqsədi 2017-ci ilin əvvəlindən verilən hasilatın azaldılması qərarını qüvvədə saxlamaqdır:

"Səudiyyə Ərəbistanı bildirdi ki, OPEK və qeyri-OPEK ölkələri bu istiqamətdə birgə addımlar atmalıdır. Bazar isə buna reaksiya verməyə bilməzdi. Ona görə, həftənin əvvəlindən neftin qiymətində artımlar özünü göstərir. Kifayət qədər artıma meylli tendensiya var”.

Qeyd edək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,11 dollar və ya 0,15 faiz artaraq 71,38 dollar təşkil edib.

Aysel Aslan