Nepal zəlzələsi: ölənlərin sayı 3000 nəfəri ötür






Nepalda şənbə günü baş vermiş güclü zəlzələ nəticəsində indi ən azı 3326 nəfərin öldüyü bildirilir, rəsmilər xəbər verir.
Milli Fövqəladə Əməliyyat Mərkəzindən verilən məlumata görə, 6500-dən çox insan xəsarət alıb.
Qonşu Çin və Hindistanda da onlarla adamın öldüyü bildirilir.
Baş vermiş 7.8 bal gücündə zəlzələnin ardından, minlərlə insan ikinci gecələrini küçələrdə keçirməli olur. Zəlzələ Everest dağında da uçquna səbəb olub.
Bir çoxu qorxaraq evlərinə geri qayıtmaqdan imtina etdiyi üçün, Nepalın paytaxtı Katmanduda çadır düşərgələrinin sayı çoxalıb.
Rəsmilər xəbərdarlıq edir ki, xilasedici qruplar qərbi Nepalın ucqar dağlıq ərazilərinə yetişdikcə, itkilərin sayı da arta bilər.
Bir çox ölkələr və beynəlxallq xeyriyyə təşkilatları Nepal rəsmilərinə zəlzələ fəsadlarının öhdəsindən gəlməyə kömək edəcəklərini vəd ediblər.
Hindistan, Pakistan, Çin və ABŞ Nepala tibbi yardım göstərəcəklərini vəd ediblər.
Zəlzələ baş vermiş əraziyə öz heyətlərini Beynəlxalq Qırmızı Xaç, Oxfam, "Sərhədsiz həkimlər" və Britaniyanın "Xristian yardımı" təşkilatları göndəriblər.
Paytaxt Katmandu və Pokhra şəhəri arasında episentri yerləşən baş vermiş zəlzələnin gücü 7,9 bal olub, yeraltı təkanlar böyük dağıntılar törədib.
Zəlzələnin episentri paytaxt Katmandudan 77 kilometr aralıqda yerləşib.