Nöqsanlara yol verən yol polisləri az deyil
20:57 13.05.2016
Arxiv
516
“Demək olar ki, hər gün hansısa bir hadisə ilə bağlı vətəndaşlardan şikayətlər eşidirik”
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparıblar.
Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb. Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sahib Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 4 əməkdaşı da "töhmət”, "şiddətli töhmət” cəzaları verilməklə işdən çıxarılıblar.
"Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov fakt detalları ilə açıqlanmadığı üçün bu məsələni şərh etməkdə çətinlik çəkdiyini deyib: "İctimaiyyətə heç bir açıqlama verilmir ki, bu adamlar niyə cəzalandırılıb. DYP əməkdaşlarının konkret hansı səbəblərdən cəzalandırılması, onların hansı nöqsanlara yol verdikləri açıqlanmayıb. Hesab edirəm ki, aidiyyəti qurumlar bu cür hallarla bağlı geniş açıqlama verməli və konkret səbəbləri sadalamalıdırlar. Bizim üçün qaranlıq qalıb ki, cəzalanan yol polisi əməkdaşları korrupsiya ilə məşğul olublar, yoxsa sürücülərin hüquqlarını pozublar. Ancaq bu məsələ bizim üçün aydın olandan sonra bu cür tədbirlərin effektli və ya effektsiz olacağı ətrafında danışmaq olar. DYP əməkdaşları arasında faktiki olaraq vətəndaşların narazılığına səbəb olan nöqsanlara yol verənləri çoxdur. Demək olar ki, hər gün hansısa bir hadisə ilə bağlı vətəndaşlardan şikayətlər eşidirik. Amma nöqsanların mahiyyəti aşkarlanmadığı üçün görülən tədbirlərin əhəmiyyətinə kölgə salır. Hansı ki, nöqsanları araşdırıb, bu cür tədbirləri görsələr, bunun özü bir nümunə olar. Digərləri də qanunlara riayət edib, xidmət zamanı daha diqqətli olar, sürücülərin hüquqlarını pozmazlar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya