Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinə baxılır - YENİLƏNİB





Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.

"Sherg.az"ın məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədovtərəfindən elan edilib.


Spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib.


Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb.


Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.



***



12:01


Azərbaycan Milli Məclisinin növbədənkənar plenar iclası başlayıb.


APA-nın məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib.