NYT: İsrail və İran arasında dəniz mübarizəsi aktivləşib
04:49 27.03.2021
Arxiv
475
Son illər İsrail və İran donanmaları arasında dəniz mübarizəsi aktivləşib və hər iki ölkə bir-birinin gəmilərinə bir sıra hücumlar təşkil edib.
APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
“İsrail və İran uzun illərdir ki, Orta Şərqdə, əsasən də quruda və havada gizli müharibə aparırdılar. Hazırda isə Aralıq dənizi və Qırmızı dənizdəki gəmilər də hücuma məruz qalır”, - deyə məqalədə qeyd olunub.
Nəşrin rəsmi şəxslər arasındakı mənbəyə istinadən yazdığına görə, “İsrail 2019-cu ildən bəri Aralıq dənizinin şərqində və Qırmızı dənizdə İran nefti və silahı daşıyan gəmilərə hücum edir”: “İran, göründüyü kimi, diqqəti cəlb etmədən gizli hücumlarla cavab verir”.
Mənbələr bildirir ki, 2019-cu ildən bəri İsrail diversantları İran yüklərini daşıyan azı 10 gəmiyə hücumlar təşkil ediblər. İran tərəfi isə hücumların 20 gəmiyə qarşı edildiyini düşünür. Söhbət əsasən Suriyaya yanacaq və ya silah daşıyan gəmilərdən gedir.
“İranın cavabının miqyası bəlli deyil. Hücumların çoxu gizli və məsuliyyəti barədə ictimaiyyətə elan edilmədən həyata keçirilir”, - məqalədə belə deyilir.
Nəşr qeyd edir ki, “hər iki tərəf əsasən dəniz minalarından istifadə edir. Eyni zamanda, məqalədə hər iki tərəfin açıq qarşıdurmadan çəkinməyə çalışdıqları bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya