Oğlu 70 yaşlı atasını güllələdi

Ürəyi soyumayıb təkrar 5 dəfə də atəş açıb




İzmirin Kemalpaşa qəsəbəsində yaşayan 46 yaşlı Ahmed Bilen, zərgər dükanında birlikdə çalışdığı atası 70 yaşlı Özden Bilenə güllə yağdırıb öldürdü.

Silah səsindən qısa müddət sonra hadisə yerinə gələrək ətrafda təhlükəsizlik tədbiri görən polisin razı salma səyləri nəticəsində təslim olan Ahmed Bilen, təhlükəsizlik idarəsinə aparıldı. Cinayətin səbəbi araşdırılır.

Hadisə belə baş verib. Bilen dükanda tək olduğu zaman oğulu gəlib. Ahmed Bilen, atasına altı dəfə atəş açıb, daha sonra da dükanda gözləməyə başlayıb. Polis əlində silah olan Ahmed Bilenin

təslim olması üçün danışıqlara başladı. Qapı qarşısında polislə danışan və təslim olmayacağını söyləyən Bilen yenidən içəri girib. Dükanda Ahmed Bilen təkrar atasına doğru beş dəfə atəş açıb. Daha sonra qapı önünə çıxan Bilen, yenə onunla təmasa keçən polis qruplarına təslim oldu. Şübhəlinin hələ sorğusunun başlamadığı öyrənildi. Hadisə yerinə gələn araşdırma qrupları isə işyerində araşdırma aparıb.