Türkiyənin Malatya şəhərində 15 yaşındakı oğluna 4 il boyunca cinsi təcavüz etmə iddiası ilə məhkəməsi keçirilən ataya hökm oxunub.
"Sherg.az” Türkiyə mətbuatına istinadən bildirir ki, Malatyanın Yaşılyud qəsəbəsində yaşayan 15 yaşlı Y.Ç.A-nı ötən ilin sentyabr ayında anası G.A siqaret çəkərkən yaxalayıb.
Ana oğluna siqaret çəkdiyi üçün irad bildirərək deyib ki, xərçəng xəstəsi olan atası bunu bilsə çox pis olacaq, səhhəti daha da ağırlaşacaq. Məsələnin üstü də bundan sonra açılıb. Belə ki, Y.Ç.A anasına, atası C.A-nın 4 ildir ki onu zorladığını deyib. Ana bunu eşitdikdə, dərhal polisə məlumat verərək, ərindən şikayət edib. Bununla yanaşı qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.
"Məni təhdid etdi”
Sosial xidmətçilərin, pedaqoqların iştirakı ilə ifadəsi alınan 15 yaşlı Y.Ç.A, 4 ildir ki, hər ay atası tərəfindən cinsi zorakılığa məruz qaldığını, təhdid edildiyi üçün də heç kimə bu haqda demədiyini söyləyib. Polis nəzarətinə alınan ata isə, ifadəsində bunu inkar edərək, arvadının boşanmaq üçün belə şikayət etdiyini, uşağın beynini doldurduğunu, ona şər atıldığını bildirib.
Ata həmçinin oğlu C.A-nın, xalası oğlu F.A ilə cinsi münasibətləri olduğunu, bunu əvvəl arvadına söylədiyini də diqqətə çatdırıb.
"Boşanmaq üçün arvadım mənə şər atır”
Ata haqqında cinsi təcavüz maddəsi ilə cinayət işi açılıb. Malatya 4-ci Ağır Cinayətlər Məhkəməsində 4-cü məhkəmə prosesində son qərar verilib. Oğlunun və arvadının da qatıldığı məhkəmə prosesində, prokuror C.A-ya cəza istəyib.
Prokuror Y.Ç.A-nın 4 –cü sinifi bitirdikdən sonra, yay tətilindən etibarən hər ay atası tərəfindən cinsi təcavüzə məruz qaldığını, qorxusundan bunu heç kəsə demədiyini, atanın tutulmaqdan yaxa qurtarmaq üçün, "xalası oğlu ilə münasibətləri var idi” deyərək oğluna şər atdığını qeyd edib. Azyaşlını 4 il boyunca zorladığına görə ataya prokuror ən ağır cəzanın verilməsini istəyib.
"Son sözü”ndə C.A arvadının ondan boşanması üçün şər atdığını məhkəmədə bird aha təkrarlayıb, günahsız olduğunu deyib. Hakim hökmü oxuyaraq, C.A-ya 25 il həbs cəzası verib.
"Qaynatamla qaynanam bu hadisəni ört-basdır etmək istəyirdilər”
Ana G.A, məhkəmədən sonra mətbuata açıqlamasında boşanma ilə bağlı məhkəmənin davam etdiyini, ərinin tutulmasına sevindiyini söyləyib. 25 illik cəzadan sonra rahat nəfəs aldığını deyən G.A, ərinin ailəsinin məsələnin üstünü əvvəldən bağlanması üçün səy göstərdiyini də diqqətə çatdırıb:

"Oğlum mənə olanları danışdıqda şok keçirdim. O şokla nə edəcəyimi bilmədim. İlk əvvəl qaynatama zəng edib, olanları danışdım. Mən oğluma təcavüzü həzm edə bilmədiyim halda, onların bu işi ört-basdır etmək istəklərinin olduğunu anladım. Mənə ərimin ata-anası "uşağın gələcəyi ilə oynama” dedilər. Təsəvvür edin ki, bu manyak mənim uşağımın uşaqlığını oğurlayıb, amma onun valideynləri uşağımın gələcəyindən danışırlar. Qaynanam mənə, "gəlinim, biz bu hadisənin üstünə torpaq tökək” deyə, ağıl verməyə çalışdı. Amma mən bunun dərinliyinə getmək qərarı verdim. Burdan bütün analara səslənirəm, bu hadisə uşağımın utanmalı olduğu hadisə deyil. Bu mənim də utanacağım bir şey deyil. Bunu edən manyak ata utanmalıdır. Burdan hər kəsə deyirəm, belə hadisə törədən ərləri də olsa, səssiz qalmasınlar. Mən bu müddətdə çox qapı döydüm, bir çox adamların yanına getdim. Onların içərisində məni anlayanlar da oldu, səssiz qalanlar, dəstək göstərməyənlər də oldu. Cəmiyyət olaraq ilk öncə özümüz anlayışlı olaq, sonra ədalət istəyək. Apardığım mübarizədə qalib gəldim. Şükürlər olsun ki, o adam 25 il cəza aldı”.
Anar