Oğurlanan pulun yarısı Aylinin hesabına qaytarılacaq - Bankdan açıqlama
15:41 07.01.2019
Arxiv
618
Bir neçə gün əvvəl leykoz xəstəliyindən əziyyət çəkən 3 yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar dələduz tərəfindən oğurlanıb.
"Sherg.az"qafqazinfo-ya istinadən xəbər verir ki, şikayətdə bildirilirdi ki, Rusiyada yaşayan və özünü hacı kimi təqdim edən biri "Bank of Baku" ya məxsus kart məlumatlarını istəyərək 50 min manat məbləğində yardım edəcəyini söyləyib.
Daha sonra kartdakı vəsait yoxlanarkən cəmi 135 manat pul qaldığı və dələduzluğa məruz qalındığı öyrənilib.
"Qafqazinfo" bu məqamda "Bank of Baku" ya müraciət edərək kartla bağlı təhlükəsizlik məsələsinin necə qorunduğu ilə bağlı maraqlanıb.
Bu arada bildirək ki, şikayətçi Rahil Cəfərov kartı "Bank of Baku"nun Ayna Sultanovada yerləşən baş ofisində açdığını deyib və o, saytımıza bildirib ki, kartı açan zaman əməkdaşlar ona təhlükəsizlik məsələsi ilə bağlı sms xidmətini aktivləşdirməklə əlaqədar məlumat verməyiblər.
Bankdan sorğumuza ilkin araşdırmanın cavabı göndərilib. Bildirilir ki, uşağın müalicəsi üçün toplanılan vəsaitin geri qaytarılması istiqamətində bank tərəfindən ciddi addımlar atılır və görülən mühüm işlərin nəticəsində oğurlanan vəsaitin yarısı blok olunub, yəni dələduz tərəfindən istifadəsi qeyri-mümkün edilib. Blok olunmuş vəsaitin ən qısa zamanda uşağın hesabına geri qaytarılacaq. Eyni zamanda oğurlanmış vəsaitin digər hissəsinin də karta geri qaytarılması üçün də bank maksimum dərəcədə dəstək göstərəcək.
Bununla yanaşı, verilən məlumata görə kartda 3D təhlükəsizlik xidməti aktiv olsa da, əməliyyat aparılan saytlarda xidmət deaktiv edildiyindən və kartın bütün məlumatları dələduzda olduğundan onunla bağlı heç bir SMS gəlməyib. Müştəri SMS məlumatlandırma xidmətinə qoşulmaqla bağlı bankın təklifindən imtina etdiyi üçün aparılan əməliyyatlarla bağlı da SMS daxil olmayıb. Belə bir hal ilə qarşılaşmamaları üçün, bank rəsmisi bütün kart istifadəçilərindən öz təhlükəsizliklərinin qorunması məqsədilə kart məlumatlarını digər şəxslərə göndərməməyə çağırır. Həmçinin, kartda edilən bütün əməliyyatlar haqqında xəbərdar olmaları üçün SMS məlumatlandırma xidmətinə qoşulmanın faydasını bir daha xatırladır.
Bu hadisə ilə bağlı isə "Bank of Baku" tərəfindən aparılan araşdırma ciddi şəkildə davam edir, dələduzun kimliyi, vəsaitin harada və necə istifadə olunması ilə bağlı əldə olunan bütün nəticələrə dair məlumat hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya