Oksana Səidə Sultana "həyasız" dedi - "Maşın"da




Bu gün ATV-nin efirində yayımlanan "Maşın" realiti şousunun gedişatı zamanı rəqqasə Oksana Rəsulova müğənni Səidə Sultanovaya həyasız dedi. 

Sherg.az xəbər verir ki, rəqqasənin məlum ifadəsindən sonra verilişdə bu iki xanım arasında gərginlik yaşanıb. Əsəbindən göz yaşlarını saxlaya bilməyən S.Sultan qarşı tərəfi onunla mədəni danışmağa çağırıb və bu kimi ifadələri özünə təhqir hesab etdiyini və bir xanıma yaraşdırmadığını söylədi. O.Rəsulova isə rusdilli olduğu üçün həyasız sözünün mənasını dərk etmədən işlətdiyini deyib.

Ayyət Əhməd