
Ölkə başçısı aktual problemdən danışıb:“Tibbi sığortanın ölkə boyu tətbiqi... ”
13:09 01.05.2019
Arxiv
577
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında icbari tibbi sığorta məsələsinə də toxunub. Ölkə başçısı bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir:
"Azərbaycan əhalisinin bütün təbəqələri həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.
Prezidentin çıxışında toxunduğu problemin aktual olduğunu deyən həkim-terapevt Şahvələd Məmmədov «Sherg.az»a açıqlamasında bildirdi ki, icbari tibbi sığortaya keçid indi hazırlıq mərhələsindədir:

- Yadınızdadırsa, baş nazirin birinci müavini Əli Əhmədov demişdi ki, icbari tibbi sığortanın bütün ölkə boyu tətbiqi üçün 2 il vaxt lazımdı. İndi biz həmin hazırlıq mərhələsindəyik. Bir neçə bölgədə pilot layihə olaraq icbari tibbi sığorta tətbiq edilib. Məsələn, Yevlaxda, Mingəçevirdə çalışan terapevt paytaxtda çalışandan çox əmək haqqı alır. Tibbi sığortanın bir üstünlüyü də budur ki, həkimin əmək haqqı qəbul etdiyi xəstələrin sayına görə təyin edilir. Amma tibbi sığortanın bütün ölkə boyu tətbiqi, asan iş deyil. Burada yaş qrupları müəyyənləşməlidir, xəstəliklər kateqoriyalara bölünməlidir. İşləyən və işləməyən əhali qruplarının statistikası aparılmalıdır.
Uşaqlar var, yaşlı pasiyentlər, təqaüdçülər. Hər bir kateqoriyaya uyğun da güzəştlər olacaq. Xroniki xəstəliklər, vərəm, onkoloji xəstəliklər, hamısı qruplara ayrılacaq. Bölgələrdən məlumatlar toplanmalı, bütün işlər mərkəzləşdirilmiş qaydada aparılmalıdır. Ona görə də bu, bir az uzun çəkən proses oldu. Amma hazırlıq mərhələsi 2020-ci ilədək başa çatmalıdır. Gözlənilir ki, 2020-ci il 1 yanvardan etibarən artıq bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq ediləcək.
Əhalinin tibbi sığorta haqqı necə hesablanacaq, sığorta bazası nə qədər olmalıdır ki, vətəndaş həkimə ürəklə müraciət etsin? Ş.Məmmədov qeyd etdi ki, tibbi sığorta məbləği ödənilən sosial sığorta haqlarından hesablanacaq.
Burada vətəndaşın iş yeri, aldığı əmək haqqı və sosial sığorta üçün tutulan faiz böyük önəm daşıyır. Əlbəttə ki, işləyən və işləməyən əhali mütləq nəzərə alınmalıdır.
Uşaqlar, yaşlı insanlar, xüsusi imtiyazlı vətəndaşlar, işsizlərin tibbi sığorta xərcləri dövlət büdcəsindən ödəniləcək. Əsas məsələ, Prezidentin də vurğuladığı kimi, tibbi xidmətlərin hər kəs üçün əlçatanlığını təmin etməkdir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol