Ölkədə konyak və şərab istehsalı artıb
17:36 01.12.2018
Arxiv
693
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bir sıra məhsulların istehsalı artıb.
"Sherg.az"ın məlumatına görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkədə tütün məmulatlarının istehsalında 2,5 dəfə, içki istehsalında 10,6 faiz artım müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,0 dəfə, üzüm şərabının istehsalı 39,8 faiz, alkoqolsuz içkilərin istehsalı 22,5 faiz, kolbasa məmulatlarının istehsalı 2,6 faiz, cem və marmeladların istehsalı 0,3 faiz artıb.
Bununla yanaşı, duru bitki yağlarının istehsalı 11,5 faiz, qənd və şəkər tozu istehsalı 16,6 faiz azalıb.
Qeyd edək ki, bundan əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Azərbaycanda şərab və alkoqollu içkilərin minumum qiymətlərinin müəyyənləşdirilməsini təklif edib:
"Bizim gözəl şərab zavodlarımız var. Onların mütəxəssisləri deyirlər ki, bizdə maya dəyəri 5-6 manata başa gələn şərabı şadlıq evlərində bizim markanın adı altında 3 manata qoyurlar. Həmin şərablar da şadlıq evlərinin zirzəmisində hazırlanıb. Bu mənada onlara minimum qiymət, maya dəyərindən yuxarı qiymət qoyulmalıdır ki, həmin zavodlar da öz məhsullarını sata bilsinlər. Bu qiymət müəyyənləşərsə, büdcəyə də vergi ayırmaları artar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya