Ölümlə hədələnir: Qonşusunun əlindən evində hərəkət edə bilmir
Məlahət Rzayeva
09:54 01.05.2021
Arxiv
1147
İstanbulun Ümraniyyə səmtindəki binada yaşayan 25 yaşlı Ayşənur Atış alt mərtəbədə yaşayan qonşusunun təhdidləri ilə üz-üzədir. İctimai Aviasiya məzunu olan Ayşənur Atış 7 ay öncə Ümraniyyə Tatlısu məhəlləsindəki bir binada mənzil kirayələyib. Təkbaşına yaşamağa başlayıb. Bir gün alt mərtəbədəki qonşusu qapını döyüb və musiqinin hündürdən səslənməsinə etiraz edib. Ayşənur səs məsələsində ehtiyatlı davranmağa başlayıb. “Aylarla heç bir problem olmadan yaşadım.
Taki eyvanımı yuyanadək. Eyvanımı su ilə yuyarkən alt qonşunun evinə su sızdı. Bundan narahat olan qonşum mühafizəçiləri çağırdı, məni təhqir etdi, söyüşlər yağdırdı. Bir neçə gün sonra yenə qapımı döydü, musiqinin səsinin yüksəkdən çıxmasına etiraz etdi.
Səsi azaltdım və səs məsələsinə diqqət etməyə başladım”, deyən Ayşənur Atış qonşunun artıq onu bezdirdiyini, hər cüzi məsələyə görə söyüş söyüb təhqirlər yağdırdığını söyləyib. İki qonşu arasındakı narazılıq bir neçə gün öncə daha da gərginləşib və qonşusu Ayşənuru ölümlə təhdid etməyə başlayıb: “O gün qonağım vardı, rəfiqəmlə gəzintiyə çıxmağa hazırlaşırdıq.
Dikdaban ayaqqabılarımı geyinib mənzildə sağa-sola addımladım. Bir də gördüm qonşu qapını yumruqlayır, təpikləyir”. Ayşənur həmin vaxt baş verənləri telefonla görüntüyə almaq istəyib. Bunu görən qonşu onun üzərinə gəlib və təhdidlər yağdırmağa başlayıb: “səni öldürəcəyəm, gəbərdəcəyəm, param-parça edəcəyəm…” “Mən də çarəni polisə şikayət etməkdə gördüm”.
Nəticədə iki qonşu da Çakmak Polis Mərkəzinə gedib və biri-birlərindən şikayətçi olublar. Ayşənur Atış onu ölümlə hədələyən qonşu barədə uzaqlaşdırma qərarı çıxarılmasını istəyir. “Onun qorxusundan itimi gəzintiyə də çıxara bilmirəm. Artıq mənzildə təkbaşına qalmışam. Hərəkət etməyə də qorxuram. Bir səs olan kimi qapıya dayanır, söyür, məni təhqir edir, öldürəcəyi ilə hədələyir”. Qonşu qadının psixi probleminin olub-olmadığı da araşdırılmalıdır. Ayşənur Atış qonşu kabusunun tezliklə bitməsini gözləyir və polisin ədalətli qərar verəcəyinə ümid edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial