Onsuz da onun borcu silinməli idi. Vətəndaş borcu qaytara bilmir, yəni bu, güzəşt və yaxud barışıq deyil. Bu gün banklar gəliri olmayan insanların borclarını onsuz da silməlidirlər
Ombudsman işə qarışdı
14:50 04.11.2017
Arxiv
1498
Vətəndaşla bank arasında barışıq sazişi imzalandı
Onsuz da onun borcu silinməli idi. Vətəndaş borcu qaytara bilmir, yəni bu, güzəşt və yaxud barışıq deyil. Bu gün banklar gəliri olmayan insanların borclarını onsuz da silməlidirlər
Onsuz da onun borcu silinməli idi. Vətəndaş borcu qaytara bilmir, yəni bu, güzəşt və yaxud barışıq deyil. Bu gün banklar gəliri olmayan insanların borclarını onsuz da silməlidirlər
Bank Ombudsmanının inzibati ofisində Abit Bağırov adlı vətəndaş ilə fikir ayrılığı yarandığı bank - "Muğanbank”ın İdarə Heyəti sədrinin hüquq məsələləri üzrə müşaviri Sahib Daşdəmirovun görüşü keçirilib. Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, görüş zamanı Bank Ombudsmanı öncə tərəfləri dinləyib və fikir ayrılığına səbəb olan məqamları aydınlaşdırıb. ("Trend”)
Vətəndaşın müraciətinə əsasən, tərəflər arasındakı fikir ayrılığı vətəndaşın banka ABŞ dollarında olan qalıq borcunun olması ilə bağlı yaranıb. Müzakirələrdən sonra bank vətəndaşın səhhətində olan problemləri, şəkərli diabet xəstəsi olmasını, 70 yaşında insult keçirməsini, həmçinin sosial dolanışıq vəziyyətini nəzərə alaraq, qalıq borc məbləğini vətəndaşın xeyrinə tam həcmdə güzəştə getməyə razı olduğunu bildirib. Bu razılıqdan vətəndaş həm Bank Ombudsmanı İkram Kərimova, həm də ona bu məbləği güzəşt etmiş "Muğanbank”ın rəhbərliyinə öz dərin təşəkkürlərini çatdırıb. Razılıq əldə olunduqdan sonra, Bank Ombudsmanı İ.Kərimovun iştirakı ilə vətəndaş A.Bağırovla "Muğanbank”ın səlahiyyətli nümayəndəsi S.Daşdəmirov arasında ilk Barışıq sazişi imzalanıb.
Məlumdur ki, problemli kreditlərlə bağlı məsələ daim gündəmin əsas mövzularından biridir. Xüsusilə rəsmi məzənnədə olan dəyişiklik bir çox vətəndaşların çətinliyə düşməsinə səbəb oldu. Bəs, vətəndaşla bank arasında barışıq sazişinin imzalanması bu sahədə müsbət nəticələrə səbəb ola bilərmi?
Bankların vətəndaşlara müəyyən güzəştlər etməsinin ilk dəfə yaşanmadığını deyən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib ki, hazırda bir çox banklar müəyyən güzəştlər edir. Ekspert bankların vətəndaşlara nə üçün güzəştlər etdiyinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, güzəştlərin edilməsində məqsəd, heç olmasa, bankların kreditlərinin bir hissəsini geri ala bilməsidir. Əks halda vətəndaşlar heç bir ödəməni yerinə yetirmirlər:
"Düzdür, vətəndaşların borcları tam silinmir, amma müəyyən güzəştlər edilir. İndiki məzənnə 1.70-dir, lakin banklar var ki, 1.30- və 1.40 məzənnəsini manata çevirirlər. Yəni banklar burada xeyli fərq itirirlər. Məsələn, bir vətəndaşın 120 min dollar borcu var idi, o 65 min dollar ödədi, 55 min dolları isə bank bağışladı. Şəxsən mən bu hadisənin şahidi olmuşam. Bu, ilk dəfə deyil, bu dəqiqə banklar bunu edirlər.
70 yaşlı vətəndaşın durumu haqqında oxudum. Belə başa düşürəm ki, bu vətəndaş müflisdir. Onsuz da onun borcu silinməli idi. Vətəndaş borcu qaytara bilmir, yəni bu, güzəşt və yaxud barışıq deyil. Bu gün banklar gəliri olmayan insanların borclarını onsuz da silməlidirlər.
Qanuna görə vətəndaş borclarını ödəyə bilmirsə, məhkəməyə müraciət edib özünü müflis elan edə bilər. Buna görə də barışıq sazişini reklam kimi təqdim edirlər. Onsuz da bu borc silinməli idi və silindi. Burda yeni bir şey yoxdur. Sadəcə olaraq Bank Ombudsmanını reklam edirlər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual