"Yəqin ki, həmin gənc udduğu iynələri mədəni müdafiə edən hər hansı vasitələrlə udub. Bəlkə də ucunu sındırıb udub. Bütün bu suallara ancaq iynəni çıxardıqdan sonra cavab tapmaq olar"
Onun psixoloji problemi var
Ağlı başında olan adam vəhy gəlib deyərək 200 iynə udmaz
"Yəqin ki, həmin gənc udduğu iynələri mədəni müdafiə edən hər hansı vasitələrlə udub. Bəlkə də ucunu sındırıb udub. Bütün bu suallara ancaq iynəni çıxardıqdan sonra cavab tapmaq olar"
"Yəqin ki, həmin gənc udduğu iynələri mədəni müdafiə edən hər hansı vasitələrlə udub. Bəlkə də ucunu sındırıb udub. Bütün bu suallara ancaq iynəni çıxardıqdan sonra cavab tapmaq olar"
28 yaşlı Şəmkir sakininin mədə və bağırsaqlarında 200-dən çox tikiş iynəsi tapılıb.
Rayon sakini İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edərək mədəsində narahatlıq hiss etdiyini bildirib. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans tomoqrafiya) çəkilib və məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var.
Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya Respublika Klinik Xəstəxanasına göndəriblər. Faktla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib ki, həmin şəxs xəstəxanaya özü müraciət edib:
"Həmin şəxs özü çox rahat şəkildə xəstəxanaya gəlib. Bildirib ki, bir müddətdir narahatlıq hiss edir. Həkimlər nə ilə bağlı narahatlıq duyduğunu soruşduqda, onlara bir iynə udduğunu deyib. MRT çəkilişi zamanı həkimlər gördükləri görüntüyə inana bilməyiblər. 28 yaşlı xəstənin mədə və bağırsaqlarında 200-dən çox iynə olduğu aşkarlanıb. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Bu insanın sağ qalması möcüzədir”. P.Abubəkirovun sözlərinə görə, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy çıxara bilmirlər: "Xəstə ilə bütün profillərdən olan həkimlər görüşüb. Onunla xəstəxananın psixoloq və psixiatrları söhbət aparıb.
Həkimlər xəstənin verilən bütün suallara adekvat və normal cavablar verdiyini deyib. Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyib ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, yuxarıdan ona vəhy gəlib ki, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udsun. Xəstənin əməliyyat olunması olduqca risklidir. Həkimlər bu istiqamətdə nə edə biləcəklərinə dair iclas keçirib, fikir mübadiləsi aparıblar. Xəstə iki ildir bu vəziyyətdə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür. Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üstlərinə götürdüyünü deyərək onu evə aparıblar”.
200 iynə udan gəncin dayısı Şəki Əsgərov onun hər gün 5-10 iynəni qəzetin içərisinə büküb udduğunu deyib. O bildirib ki, mədəsi ağrıdığı üçün atası Emini Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıb, oradan da Respublika Klinik Xəstəxanasına göndəriblər:
"Bəlkə də, bir ildir hamıdan xəbərsiz gizli-gizli iynə udurdu. Ailəsinin də xəbəri olmayıb. Başından travma aldığı üçün ruhi vəziyyətində ciddi problemlər yaranmışdı. Bir müddət müalicə alsa da, yaxşılaşma olmayıb. Atası həkimə aparanda mənə də zəng vurdular, getdim Respublika Klinik Xəstəxanasına. MRT nəticələrini görəndə özüm də gözlərimə inana bilmədim. Bir gün qaldı orda. Həkim mənə izah etdi ki, əməliyyatla onu xilas etmək artıq gecdir. Sadəcə, ehtiyatlı olun ki, kiməsə xətər yetirə bilər. Nə deyə bilərik, hər şey göz qabağındadır. Başa düşmürdük ki, necə udub iynələri. Deyir, hər gün 5-10 ədəd iynəni qəzetə büküb udurdu. İynələri də rayonda tapa bilməyəndə əlinə düşən 3-5 manatla gəlirdi Bakıya. Bakıdan alırdı, qayıdıb evdə udurdu iynələri. Böyük iynələri uda bilməyib, axtarıb, balaca iynələr tapıb. Hamımız məəttəl qalmışıq. Neçə dəfə taksiyə minib, gəlib Bakıya, pulu olmayıb. Sürücü mənim nömrəmə zəng edib ki, gətirin, pulumu verin. Dəfələrlə deyirdim ki, tək harasa getməsinə icazə verməyin. Ümidimiz qalıb Allaha, biz də hər şeyi başa düşürük, amma görək, sonu nə olacaq. Yola saldım, ailəsi ilə Şəmkirə getdilər”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bu faktın çox qəribə bir situasiya olduğunu deyib:
"İstənilən halda həmin adamın psixoloji durumu ciddi şəkildə yoxlanılmalıdır. Yuxarıdan vəhy gəldiyini iddia edən bir insanın demək ki, qarabasmaları var. Normal psixikada olan insanlar halusinasiya görmür, bu gəncin psixikasında ciddi dəyişikliklər var. Psixiatrlar dəqiq rəy çıxarmalıdır”.
Professorun sözlərinə görə, iki il müddətində udulan iynənin mədəni deşməməsi, orada bir yataq yarası əmələ gətirməməsi və yaxud da digər ciddi problemlər yaratmaması çox təəccüblüdür: "Yəqin ki, həmin gənc udduğu iynələri mədəni müdafiə edən hər hansı vasitələrlə udub. Bəlkə də ucunu sındırıb udub. Bütün bu suallara ancaq iynəni çıxardıqdan sonra cavab tapmaq olar. Fikrimcə, gəncin mədəsindəki iynələrin əməliyyatla çıxarılması o qədər də riskli deyil.
Burada qorxulu heç nə yoxdur. O qədər iynəni endoskopik yolla mümkün olmasa da, mədəni açıb əməliyyatla götürmək olar. Çünki biz həmin iynənin kütlə şəklində bir yerə, yoxsa hissə-hissə fərqli yerlərdə olduğunu bilmirik. İynəni çıxartdıqdan sonra isə həmin şəxsi daimi nəzarətdə saxlamaq lazımdır. Müntəzəm müalicə qəbul etməsə, onun qarabasmaları yenidən qayıda bilər”.
Mədəyə düşən yad cismlərin bezuar şəklində orada qaldığını vurğulayan A.Qeybulla deyib ki, cismlər mədədəki yağlara birləşərək kütlə halında dayandığı halda mədə divarlarını zədələyib ölüm təhlükəsi yaratmır.
"Bir daha qeyd edim ki, bu əməliyyatdan çəkinmək lazım deyil, iynələr mütləq oradan çıxarılmalıdır".
Şəymən