OPEK+ Birgə monitorinq komitəsinin Bakıda keçiriləcək iclasının vaxtı müəyyənləşib




Gələn il fevralın sonu – martın əvvəllərində Bakıda OPEK+ Birgə monitorinq komitəsinin iclası keçiriləcək.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, hazırda iclasın keçiriləcəyi dəqiq tarix məlum deyil:

"Bu məsələ təşkilatın üzv ölkələri ilə razılaşdırılmalıdır”.

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində Azərbaycan 2019-cu il yanvarın 1-dən neft hasilatını 20 min barel/sutka azaldaraq 776 min barel/sutka neft hasil etmək öhdəliyini götürüb.