"Hər hansı bir sorğu keçirilməsə belə, Prezident İlham Əliyevin xalqımıza olan münasibətini bütün dünya ölkələri bilir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Parlamentarinin sözlərinə görə, ölkə başçısı hakimiyyətə gəldiyi ilk gündən bəri müvafiq islahatlar həyata keçirir:
"Yalnız regionların iqtisadi inkişafı ilə bağlı Prezidentin 3 sərəncamı var.Ölkə başçısı bütün sərəncamların yerində tətbiq olunmasına şəxsən nəzarət edir. Avropa ölkələrində iqtisadi böhran olan zamanlarda belə biz bu durumu yoluna qoya bilmişik. Hətta neftin qiyməti aşağı düşəndə ölkəmizdəki islahatlar və iqtisadi inkişaf davam edib. Bir zamanlar dollar devalvasiyaya uğradı, amma Azərbaycanda sosial məsələlərə ayrılan vəsaitlər azalmadı. Artıq bu cür islahatlar 16 ildir, davam edir.
Prezidentimizlə müxtəlif regionlarda səfərlərdə olmuşam. Əvvəllər televiziyalarda bu səfərlərin yalnız protokol hissəsi verilirdi. O zamanlar da ölkə başçısı əhali ilə görüşür və onların dərdlərini dinləyirdi”.
A.Abbas bildirib ki, ölkədə daha çox islahatların həyata keçirilməsi üçün iqtisadi inkişafın yerində olması əsasdır:
"Təsadüfi deyil ki, 300 min qaçqın və məcburi köçkünlərimizə verilən evlər, yeni məktəblər və səhiyyə ocaqlarının tikilməsi yalnız 1 il ərzində baş verməyib. Prezident daim bu məsələlərə həssas yanaşıb. Hər zaman xəstəxanaların və məktəblərin əsaslı təmiri, Avropa satndartlarına uyğunlaşdırılması kimi işlər görülüb. Ona görə də sorğu zamanı məlum olub ki, respodentlərin 85 faizi ölkədə gedən islahatlardan və prezidentin apardığı siyasətdən razıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğuda iştirak edən respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.
Yeganə Bayramova