“Opinion Way”in sorğusu xalq-iqtidar birliyinin bir nümunəsidir”






"Prezident daim öz xalqı ilə sıx təmasdadır və Onun sözü ilə əməli indiyə qədər vəhdət təşkil edib”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Ekspert bildirib ki, verilən vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son 16 ildə öz dinamik inkişafını təmin edib:

 "Ötən illər ərzində mühüm transmilli enerji və nəqliyyat layihələri icra olunub. Ölkəmiz planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, iqtisadiyyatın ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. 

Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib. 

Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də əhali arasında sevinclə qarşılanır. Bildiyimiz kimi, hazırda məhkəmə və ədliyyə qurumlarında da islahatlar hazırlanır. Korrupsiya, sifarişlə hökm oxuma, süründürməçilik kimi qanunsuz halların baş verdiyi orqanlarda islahatların aparılması həqiqətən çox önəmli və sevindirici haldır”.

Analitikin sözlərinə görə, ölkədə aparılan gənclər siyasəti, aktiv, isdedadlı və savadlı gənclərə dövlət və seçkili qurumlarda önəm verilməsi ölkəmiz və xalqımız üçün çox önəmlidir:

 "Cənab Prezidentin ölkə gəncliyinə bu qədər önəm verməsi, onlar üçün əvəzsiz fürsətlər yaratması çox təqdirəlayiqdir. "Opinion Way”in keçirdiyi sorğuda Prezident İlham Əliyevin apardığı islahatların bu qədər yüksək qiymətləndirilməsi xalq-iqtidar birliyinin, əhalinin, xüsusilə də ölkə gəncliyinin dövlətə necə dəstək olduğunun bir nümunəsidir”.

İsmayıl