Ordumuz nazirin rəhbərliyi ilə təlimə başlayır: 150 tank, 200 raket, 35 təyyarə cəlb ediləcək
11:10 15.05.2019
Arxiv
529
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.
Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.
Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region