Orxan Nadirov ömrü boyu vərəsə ola bilməz
10:47 26.02.2017
Arxiv
1248
Orxanı başa düşürəm, tez varlanmaq istəyir. Amma bu, çətin prosesdir və alınmayacaq. Getsin əziyyət çəksin başqa yolla pul qazansın”
Xalq artisti İlhamə Quliyevanın vəfatından bir il ötsə də, onun mirası ilə bağlı qalmaqal səngimək bilmir. Mərhumun bacısı Gülbahar Quliyeva və oğulluğu Orxan Nadirov arasındakı söz-söhbətlər yenidən gündəmə gəlib.
O.Nadirovun ittihamlarına cavab verən G.Quliyeva bildirib ki, bacısının yas mərasimi xərcini Orxan yox, dövlət ödəyib: "Orxanın danışdıqları yalandır. İnsanlara bu sözləri keçmir, keçməyəcək də. Onun bugünə kimi verdiyi müsahibələrin hamısı şər üzərində qurulub. Onun yalanları ayaq tutsa da, yerimədi, axıra kimi də belə gedəcək.
Deyir 40 gün yas verdim. İlhamə xanımın ölümü ilə bağlı bütün xərcləri Orxan yox, dövlətimiz ödəyib. Deyir, guya bundan başqa heç kim yas saxlamayıb. İlk İlhaməni sevənlər yas saxladılar. Bir ildir onun bacıları, qohumları yas saxlayır, heç bir toya getmir. Özü də hamımız yasda iştirak etmişik. Bacılar qara bayram keçirib, onun ruhuna "Quran” oxutdurublar. Bizim ailə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Şoudan, qalmaqaldan uzaq olmuşuq. Deyir ki, miras davası etmirəm, niyə yalan danışır? Heç kim öz xoşu ilə varis olmur. Varis qanun yolu ilə həll olunur. Onun iddiaları qanunsuz olduğu üçün heç yerdə də keçmir”.
Qeyd edək ki, O.Nadirov açıqlamasında İ.Quliyevanın bacılarının tək məqsədinin mərhumun mirasına sahib olmaq olduğunu bildirib.
Yaranmış anlaşılmazlığı hüquqi müstəvidən şərh edən vəkil Adəm Məmmədov O.Nadirovun heç bir hüquqa sahib olmadığını bildirib. Vəkilin sözlərinə görə, Orxanın övladlığına dair hər hansı bir hüquqi sənəd yoxdur. Buna görə də o, ömrü boyu vərəsə ola bilməz:
"Vərəsəliyin növbəsi var. Birinci növ vərəsələr övlad, ata, ana və həyat yoldaşı hesab olunur. Qanunvericilikdə birinci növ vərəsələr olmayanda miras avtomatik olaraq ikinci növ vərəsələrə
keçir. İlhamə xanımın da bacısı və qardaşı ikinci növ vərəsə olduqları halda birinci növ vərəsələri əvəz edir. Orxan mərhumun rəsmən övladı deyil və ya övladlığa götürülməsi ilə bağlı məhkəmə qərarı yoxdur.
Başa düşürəm, mənəvi bağlılıq ola bilər, amma söhbət hüquqdan gedirsə, Orxanın heç bir hüquqi üstünlüyü mövcud deyil. Boş-boşuna özünü yormasın. Bundan sonra da onun işlərinin heç bir nəticəsi ola bilməz”.
A.Məmmədov həmçinin bildirib ki, O.Nadirov hüquqi baxımdan üstünlüyə malik olmadığını başa düşür. Məhz buna görə də məsələni mətbuatda qabartmağa üstünlük verir:
"Hər bir məsələ mətbuatda informasiya kimi gedir. Hər şeyi hüquq və qanun deyir. Bir zamanlar Orxan Habil Vəliyevi vəkili kimi təqdim edirdi. Dövlət Təhlükəsizlik Xidməti hazırda onu həbs edib. Görünür, kriminal ünsürlü birinin məsləhətinə qulaq asıb. Ona görə də çaş-baş qalıb. Habil Vəliyev kimi hüquqşünas olmayan biri onu elə istiqamətləndirib, Orxan da israrla ortaya düşüb. Orxanı başa düşürəm, tez varlanmaq istəyir. Amma bu, çətin prosesdir və alınmayacaq. Getsin əziyyət çəksin başqa yolla pul qazansın”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cem Adrian Bakıda möhtəşəm gecə yaşatdı
17:15 26.12.2025
Şou
XİN başçısı: TDT+ formatı bəzi güc mərkəzlərində qıcıq doğurur
17:05 26.12.2025
Siyasət
Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur
16:54 26.12.2025
Siyasət
Rəsmi Bakı: Ermənistanla delimitasiya davam edir
16:50 26.12.2025
Rəsmi
Rəsmi Bakı 907-ci düzəlişin tam ləğv edilməsini gözləyir
16:25 26.12.2025
Son dəqiqə
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə