Öskürdü, dəli oldu: Ağzından çıxan bəlğəm hərəkət edirdi





İngiltərədə Phil Lyndon adlı bir adam ictimai mediada gündəmdədir. Çünki Phil Lyndon günlərdir onu narahat edən öskürəyin səbəbini görüncə şok oldu. Lyndonun öskürərkən çıxardığı təxminən 5 mm-lik bəlğəm hərəkət edirdi.

İngilis dizaynçı Phil Lyndonun öskürəyiylə çölə çıxan şey onu təlaşa saldı. Təxminən 5 millimetr ölçülərində qəhvəyi rəngli bir bəlğəm çıxardan Lyndon, bu bəlğəmin hərəkət etdiyini görüncə çaşdı. Hərəkət edən bəlğəmə yaxından baxmağa qərar verdi və bəlğəmin əslində hələ canlı bir böcək olduğunu gördü. Lyndon "Ağızımdan çıxan bəlğəmdən sonra rahatlandığımı hiss etdim. Ancaq bəlğəm qəribə görünürdü, tərpənirdi. Dərhal fotoşəkilini çəkdim və bunun bir böcək olduğunu gördüm. " dedi. O zaman bütün ciyərlərinin bu böcəklərlə dolu ola biləcəyindən qorxan Lyndon dərhal xəstəxanaya getdi. Müayindən sonra hər şeyin normal olduğu aydın oldu. Lakin bu böcəyin nə olduğu ilə maraqlanan Lyndon Britanya Böcək Arxivinə əlindəki fotoşəkili göndərərək ağılındakı son suala da cavab tapdı. Fotoşəkilə baxan mütəxəssislər böcəyin qanadları və qıçlarını itirmiş bir "may ağcaqanadı” olduğunu ifadə etdilər. Mütəxəssislərə görə bu böcəyin Lyndonun ağızına yatarkən, ya da üzərkən girmiş olma ehtimalı yüksəkdir. Bu tip udma hadisələri əslində hər kəsin yaşadığı bir hadisədir və ümumiyyətlə böcəyin mədədə həzm edilməsiylə nəticələnir. Ancaq Lyndonun fərqliliyi böcəyin mədəsinə deyil, ciyərlərinə getmiş olmasındadır.